İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan da Ukraynaya hərbi yardım göndərdi

Ukraynaya hərbi yardım göndərən dövlətlərin siyahısına Bolqarıstan da qoşulub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu dövlət Ukraynaya silah, döyüş sursatı göndərib.

Bu ilin mart ayında Bolqarıstanın baş naziri Kiril Petkov ölkəsinin Ukraynaya humanitar dəstəyi davam etdirəcəyini, lakin ora silah göndərmək fikrində olmadığını bildirmişdi.

Onu da qeyd edək ki, bu ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsi hələ də davam edir və bu müharibədə əksər dövlət Rusiyanı işğalçı hesab edir, Ukraynaya dəstək göstərir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR