İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgədə yeni hərbi ittifaqyaranır - Bakının iki qonşusu...

Tramp səlahiyyətlərinə başlayar-başlamaz əsas diqqət verdiyi məsələlərdən biri də İranla bağlı məsələ olacaq - Tehran məcburdur ki...

Artıq bir ilə yaxındır ki, İranla Rusiya arasında bağlanması gözlənilən strateji müttəfiqlik barədə saziş gələn ay imzalana bilər. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi belə deyib.  Rusiya İranla imzalamaq istədiyi müqavilənin Şimali Koreya ilə imzaladığı müqavilələrin analoqu olacaq. Yəni Moskvanın imzalamaq istədiyi müqavilənin şərtlərinə görə, Rusiyanın ərazisinə hücum İranın ərazisinə hücum deməkdir və bu ölkələr bir-birinə hərbi qüvvə ilə yardım etməlidir. 

Təbii ki, Azərbaycanın şimalda və cənubda iki nəhəng qonşusunun hərtərəfli strateji tərəfdaşlıq sazişini əsasən müdafiə sahəsinə yönəltməsi narahatedici hal da sayıla bilər. Zaman-zaman hər iki dövlətdən Azərbaycana hərbi təhdidlər olub. Xüsusən son illərdə İran bizi hədələyib, sərhədlərimizdə təlimlər keçirib, hədyanlar yağdırıb. 

ABŞ-ın İranla müharibə edib-etməyəcəyini isə Trampın hakimiyyətə rəsmi gəlişindən sonra biləcəyik. Bu, Trampın həmin istiqamətdə hansı qərarlar verməsindən asılıdır. Bununla bağlı müəyyən bəyanatlar səslənir. 

İsrail tərəfi də Netanyahunun timsalında İran xalqına səslənərək, dini lider Ayətullah Xamenei rejiminin devrilməsindən sonra onların nicat tapacaqlarını bəyan edib. Hələlik bu istiqamətdə ideoloji informasiya müharibəsi gedir. 

ABŞ-ın yeni prezidenti Donald Tramp “Time” nəşrinə açıqlamasında İranla müharibə ehtimalını istisna etməyib: “İstənilən hər şey baş verə bilər. Bu çox qeyri-stabil situasiyadır”.  Bu isə onu deməyə əsas verir ki, Tramp səlahiyyətlərinə başlayar-başlamaz əsas diqqət verdiyi məsələlərdən biri də İranla bağlı məsələ olacaq. İran isə özünü sığortalamalıdır və indilikdə Rusiya ilə saziş Tehran üçün yeganə xilas yolu kimi görünür.

Deputat Günay Ağamalı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı  hesab edir ki, dünyada baş verən hərbi-siyasi proseslər Rusiya və İran arasında ikitərəfli münasibətlərin inkişafına təkan verdi: “Hər iki tərəf əlaqələri daha da genişləndirmək məqsədilə strateji müttəfiqlik sazişi üzərində işlər aparır. Bu saziş tamamilə zərurətdən irəli gələn bir məsələdir. Çünki istər İranın, istərsə də Rusiyanın hazırda bir-birinin dəstəyinə ehtiyacı var. Rusiya və İran imperiya meylləri fonunda xarici siyasət strategiyası aparan ölkələr olduğu üçün onlar arasında uzun illəri əhatə edəcək müttəfiqlik münasibətlərinin qurulacağı inandırıcı deyil. Tarixdən də onların uzlaşmaz ritorikası hər kəsə bəllidir. Məhz bu səbəbdən Rusiya və İranın yaxınlaşması tamamilə situativ bir gedişdir. Prosesləri Rusiya kontekstində şərh etsək, Kreml üçün Ukrayna müharibəsində ucuz İran silahlarından istifadə gərəklidir. İran üçün də hadisələrin inkişaf perspektivləri təxminən eynidir. Rəsmi Tehranın artan ABŞ və İsrail təhdidləri fonunda Rusiya istehsallı hərbi texnolgiyalara ehtiyacı var. Tehran və Moskvanın yaxınlaşmasının Azərbaycanla bağlı birbaşa olmasa da, dolayı yolla əlaqəsi mövcuddur. Belə olduğu təqdirdə Rusiya və İranın hərbi əlaqələrini genişləndirməsi Azərbaycan üçün təhdid səviyyəsində deyil. Bizim Türkiyə kimi güclü müttəfiqimiz var və rəsmi Ankara regional siyasətdə Moskva və Tehranı məğlub etmiş vəziyyətdədir”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev şimal qonşumuzun hələ ki cənub qonşumuzla eyni qayığa minmək niyyətinin olmadığını düşünür: “İranla Rusiya arasında strateji sazişin imzalana biləcəyi ilə bağlı ilk məlumatlar bir neçə il öncə İran mənbələrindən bildirilmişdi. Amma o zaman da ehtimal olunurdu ki, Rusiya belə bir sazişi tezliklə imzalamayacaq və ən azı müqavilənin hazırlanması bəhanəsi ilə uyğun bir zamanı gözləyəcək. Bu gün həmin strareji sazişin imzalanması ilə məsələnin yenidən gündəmə düşməsi o demək deyil ki, Rusiya bunu bu gün imzalamağa hazırdır. Belə ki, İranla müqavilənin imzalanması onunla eyni qayığa rəsmən minmək deməkdir. Bu da düşünürəm ki, ən azı yaxın gələcəkdə Rusiya üçün uyğun deyil. Çünki Rusiya gələn ildən Tramp səlahiyyətlərinə başladıqdan sonra Ukrayna ilə bağlı problemin həlli istiqamətində fərqli təkliflərin olacağına ümid edir. Eyni zamanda Suriya probleminin ardından növbəti hədəfin İran olacağı ilə bağlı proqnozlar da verilir. Belə bir ortamda bağlanacaq müqavilə münasibətləri daha da gərginləşdirə bilər. Digər tərəfdən, hətta belə bir müqavilə imzalanacağı təqdirdə orada əks olunan maddələrin işlək olacağı sual altındadır. Yəni istənilən halda müqavilə bağlansa da, bağlanmasa da Rusiya önə hər zaman öz maraqlarını sürəcək və lazım olduğu zaman situasiyanı öz xeyrinə dəyişmək məqsədilə istənilən danışıqlara getməklə İranla olacaq öhdəliklərindən kənara duracaq. Amma eyni addımı Qərblə anlaşaraq İran da ata bilər. Bu gün Qərbdə Rusiyaya müsbət mesajlar hələ olmadığından İranla strateji müqavilə ətrafında danışıqlar, müzakirələr davam edəcək. Amma bir məsələ var ki, Rusiya ABŞ-la hər hansı danışıqların nəticə verməyəcəyini və müharibənin öz ərazilərinə geniş şəkildə yayılma təhlükəsini görərsə, o zaman Şimali Koreya ilə analoji müqaviləni İranla bağlama ehtimalları artacaq. Bundan istifadə etməklə Rusiya İrandan açıq şəkildə hərbi yardım alacaq. Xüsusilə hazırda yaşadığı döyüşən əsgər problemini İranın vasitəsilə həll etməyə çalışacaq. Belə bir təcrübənin Şimali Koreya ilə olduğu barədə məlumatlar var. O səbəbdən hesab edirəm ki, Rusiya ABŞ-la hər hansı konsensusa gələ bilsə, həmin müqavilənin imzalanması məsələsini uzadacaq, əks halda, hər hansı danışıqların nəticə verməyəcəyini görərsə və milli təhlükəsizliyinə təhdidlər artarsa, o zaman tezliklə həmin müqavilənin imzalanma məsələsini bir daha dəyərləndirəcək. Amma İran Rusiyanın Əsədə göstərdiyi münasibəti də unutmayacaq”.

qaynarinfo.az

Siyasi analitik Asif Nərimanlının fikrincə, Rusiya ilə strateji saziş İranın yeganə xilas yolu kimi görünsə də, Tehran tələsmək istəmir: “Sazişin imzalanmasının gələn aya saxlanılması, yəni uzadılması da bundan qaynaqlanır. Çünki İran Qərblə danışıqların bərpasına, anlaşmanın mümkünlüyünə hələ də ümid edir. Trampın gəlişi bu perspektivi dumanlı edib, lakin Tehran ABŞ-ın yeni administrasiyasının mövqeyinin necə olacağını praktiki olaraq görmək istəyir. Gələn ay - Trampın səlahiyyətlərə başlamasından sonra İran Rusiya ilə saziş məsələsində mövqeyini qətiləşdirəcək. Əslində belə bir saziş İranı qlobal cəbhələşmənin küncünə kəskin şəkildə itələyəcək. İranda cari hədəf post-Xameneyi dövrünə ağrısız keçidin təmin edilməsi və rejimin prosesdən "sağ çıxması"dır. Bu baxımdan, İranın sona qədər gözləməyə və seçimini hadisələrin inkişafına uyğun etməyə çalışacağını düşünürəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR