İnsanlara hürriyət, millətlərə istiqlal!

“”Boeing” Ukrayna üçün bomba istehsal etməyi təklif edir”- "Reuters”

“Boeing” Pentaqona öz müəssisələrində Ukrayna üçün bomba istehsal etməklə bağlı təklif göndərib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Şirkət Kiyevin mövcud raketlərinə quraşdırıla bilən ucuz, kiçik ölçülü dəqiq idarə olunan mərmilər – kiçik diametrli yer bombaları istehsal etməyə hazır olduğunu deyib.

Agentlik qeyd edir ki, bu, Ukraynaya təmas xəttindən xeyli kənarda zərbə endirməyə imkan verə bilər.

Mənbələrin “Reuters”ə verdiyi məlumata görə, “Boeing”in təklif etdiyi sistem Ukrayna üçün yeni hərbi sursatların buraxılması üzrə onlarla plandan biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR