İnsanlara hürriyət, millətlərə istiqlal!

“Boeing” Ukrayna şirkətlərini maliyyə öhdəliklərindən azad edir

“Boeing” şirkəti Ukrayna şirkətlərinin “Sea Launch” layihəsi çərçivəsində maliyyə öhdəliklərindən azad edildiyini açıqlayıb.

“Report” “İnterfaks-Ukraina” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlıumat verib.

“ABŞ biznes nümayəndələri ilə görüş zamanı “Boeing” şirkəti Ukrayna şirkətlərini “Sea Launch” layihəsi ilə bağlı 200 milyon dollarlıq öhdəlikdən azad etdiyini açıqlayıb. Ukraynaya dəstək üçün verilmiş vacib qərara görə təşəkkür edirik”, - D.Şmlqal tviter hesabında yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR