Onlayn ictimai-siyasi qəzet
ABŞ-də müsəlmanlara qarşı fikirlər çox da müsbət deyil.
Bunu Çoxkonfessiyalı Qonşular Şəbəkəsinin həmtəsisçisi keşiş Bob Roberts Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.
Onun sözlərinə görə, islamofobiya ilə mübarizədə effektiv olmaq üçün dostluq münasibətləri formalaşdırılmalıdır:
"Müsəlmanlar, xristianlar və yəhudilər birlikdə addımlar atmalıdır. Dini inancları olan insanların birliyi çox önəmlidir. İslamofibiya təkcə müsəlmanlar üçün deyil, xristianlar üçün də çox mənfi amildir. Müsəlmanlardan əvvəl çox qorxurdum. Onlarla ünsiyyət qurmaqdan çəkinirdim. Mən illərlə bunu belə bilmişəm. Lakin Əfqanıstana səfərimdən sonra bütün düşüncələrim dəyişdi. Oradakı din adamları ilə yaxşı münasibətlər qurdum və bir çox məsələ mənə aydın oldu. Məsələn, ABŞ-də müsəlmanlara qarşı fikirlər çox da müsbət deyil. Bunun səbəbi İslam barədə məlumatsızlıqdan qaynaqlanır". (Report)
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ