İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT TŞ İsrailin çağırışı ilə fövqəladə iclas keçirdi

BMT Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə fövqəladə iclas keçirib.

“Report”un ABŞ bürosu xəbər verir ki, İranın İsrailə hücumlarını müzakirə etmək üçün toplanmış TŞ-də çıxış edən BMT-nin Baş katibi Antoniu Quterriş Yaxın Şərqdə artan gərginliyin region və dünya üçün təhlükəli olduğuna diqqət çəkib.

Baş katib İran və İsraili maksimum təmkinli olmağa çağırıb: “Mən tərəfləri bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram. Bütün üzv dövlətlərə xatırladıram ki, BMT nizamnaməsi hər hansı bir ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hər hansı bir şəkildə güc tətbiq etməyi qadağan edir”.

Quterriş İranın hava hücumları ilə regionda gərginliyi daha da artırmasını pisləyib:

“Yaxın Şərqdə bir çox cəbhədə hərbi qarşıdurmaya səbəb ola biləcək istənilən addımdan çəkinmək lazımdır. Nə region, nə də dünya yeni bir müharibəyə tab gətirə bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR