İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Təhlükəsizlik Şurası Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə edib

Musavat.com xəbər verir ki, Ermənistanın şikayəti əsasında BMT Təhlükəsizlik Şurası Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə edib.

Sosial mediada yayılan ilkin məlumatlardan belə aydın olur ki, TŞ -da ilk söz alan Fransanın BMT-dəki nümayəndəsi Azərbaycanın Laçın dəhlizini "bağlamasına" etirazını bildirib və ölkəmizi "humanitar fəlakət yaratmamağa" çağırıb.

BƏƏ isə tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırıb.

Həmçinin Albaniya da razılığın sülh yolu ilə əldə edilməsinə çağırış edib.

Çin təmsilçisi Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı missiyasını dəstəkləyib. ÇXR-in BMT-nin iclasındakı nümayəndəsi qeyd edib ki, Rusiya sülhməramlıları öz tapşırıqlarını mükəmməl şəkildə yerinə yetiriblər. ÇXR eyni zamanda mülki şəxslərin hüququna hörmət etməyə və humanitar problemlər yaratmamağa çağırıb.

ABŞ Ermənistan və Qarabağ arasında nəqliyyat əlaqələrinin bağlanmasını qəbuledilməz adlandırıb və Laçın dəhlizi ilə humanitar yüklərin daşınması da daxil olmaqla, daşımaların dərhal bərpasına çağırıb.

Böyük Britaniya Azərbaycandan Laçın dəhlizini dərhal "açmağı" tələb edib.

Rusiya Laçın dəhlizi ilə hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib.

Göründüyü kimi, Qərb ölkələri, erməni havadarları yenə ikili standart nümayiş etdiriblər. 30 il işğal altında qalan və darmadağın olan Qarabağdakə şəhər və kəndlərimiz, 1 milyon qaçqın əhalimiz barədə illərlə susanlar indi toy toğlusu kimi, ortalığa düşüblər. Blokadadan danışanlar Naxçıvanın hələ də blokada altında qaldığını və 400 min əhalinin nə zülmlər çəkdiyini görməzdən gəlirlər.

Heç nəyə və heç kimə baxmayaraq, Azərbaycan haqq bildiyi yolu getməkdə davam edəcək. Bölgədə sülhə və sabitliyə ən böyük təhdid olan Ermənistan, eləcə də Qarabağdakı separatçı ermənilər növbəti dərslərini almaqdadırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR