İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT taxıla görə Rusiyaya güzəşt etmək fikrinə gəlib

Türkiyənin “Anadolu” dövlət agentliyi iddia edir ki, BMT-nin taxıl sazişinin bərpası ilə bağlı yeni təkliflərində Rusiya Federasiyasına qoyulan bəzi məhdudiyyətlərin aradan qaldırılması variantları var.

Bu təkliflərin dünya təşkilatının Türkiyə ilə birgə hazırladığı yeni paketdə yer aldığı iddia edilir. Onların əsas elementləri “Rusiya Kənd Təsərrüfatı Bankının Avropa törəmə qurumunun SWIFT sisteminə daxil edilməsi, Rusiyanın gübrə şirkətlərinin Avropada dondurulmuş aktivlərinin blokdan çıxarılmasıdır”.

Agentlik qeyd edir ki, gözlənildiyi kimi, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında sentyabrın 4-də Soçidə planlaşdırılan danışıqlarda taxıl sazişinin canlandırılması məsələləri müzakirə olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR