İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən vacib ÇAĞIRIŞ - Bu, həyati əhəmiyyət daşıyır

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş keçən ildən həyata keçirilən taxıl dəhlizi razılaşması çərçivəsində Ukraynadan ixracın Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə başlamalı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi məlumatına əsasən, ixrac 2022-ci ilin oktyabrında 4,2 milyon metrik tondan keçən ay 1,3 milyon metrik tona qədər ciddi şəkildə azalıb.

Quterreş gəmilərin yoxlanmasının ləngiməsi və Ukraynadakı limanlardan birinin müqavilədən kənarda qalmasından təəssüfləndiyini bildirib.

BMT-dən verilən açıqlamada vurğulanıb ki, iyulun 17-də uzadılması gözlənilən razılaşmanın tərəfləri "bu həyati əhəmiyyət kəsb edən müqavilənin davam etməsi üçün üzərinə düşəni etməlidir".

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin keçən həftə razılaşmadan çıxa biləcəklərini açıqlamışdı. Çünki müqaviləyə əsasən, Rusiyadan ammonyak ticarəti də nəzərdə tutulsa da, bu, həyata keçməyib.

BMT-dən verilən açıqlamada biçin vaxtı yaxınlaşdıqca razılaşmanın əhəmiyyətinin artdığı vurğulanıb

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR