Onlayn ictimai-siyasi qəzet
Xəbərin ilk yayınlanma vaxtı 01:40
Musavat.com bu gün keçirilən BMT Təhlükəsizlik Şurasının "Laçın yolu"ilə bağlı Ermənistanın müraciəti əsasında fövqəladə iclasında Ermənistana və onun havadarlarına tutarlı faktlarla cavab verən Yaşar Əliyev haqqında qısa arayışı təqdim edir:
Yaşar Əliyev 1955-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakıda doğulub.
Təhsil:
1972 - 1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb.
1980 - 1982 - ci illərdə aspiranturanı Şərqşünaslıq İnstitutu, Sovet Elmlər Akademiyasında (Moskva) oxuyub.
1991 - 1992 -ci illərdə təhsilini Moskva şəhərində Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında davam etdirib.
Peşəkar təcrübə:
1989 - 1990 - cı illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin İnformasiya və Siyasi Təhlil İdarəsinin siyasi işçisi olub.
1990 - 1992 - ci illərdə Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin birinci katibi, rəis müavini və şöbə müdiri vəzifəsində çalışıb.
1992 - 2002 - ci illərdə Azərbaycan Respublikasının Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili olub.
2002 - ci ildə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi alıb.
2002 - 2006 - cı ildə İqamətgahı Nyu-Yorkda olan Azərbaycan Respublikasının Kuba Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.
2006 - 2011 - ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.
2007 - 2009 - cu illərdə İqamətgahı Vaşinqtonda olan Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri olub.
2011 - 2014 - cü illərdə Böyük Yaxın Şərq, Qoşulmama Hərəkatı, İƏT-də Xüsusi tapşırıqlar üzrə Səfir olub.
Aprel 2014-cü ildə Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsi kimi fəaliyyətini davam etdirir.
Xarici dillər:
İngilis, Rus və Ərəb
Ailə vəziyyəti:
Ailəlidir, üç övladı var
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ