İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də, ATƏT-də, Moskvada yox, doğma Yevlaxımızda - "Xoşbəxt insandır ki, ata nəsihətini yerinə yetirdi"

BMT-də, ATƏT-də, Helsinkidə, Moskvada, Soçidə, Brüsseldə, Lissabonda, Madriddə, Bişkekdə, Praqada yox, məhz bizim təyin etdiyimiz yerdə - doğma Yevlaxımızda.

Son nöqtəni özümüzün təyin etdiyi yerdə qoymağın sevinci və mutluluğunu yaşayırıq.

Yevlaxa gələcək qarşı tərəf isə əslində, fransız, rus, hindistanlı, amerikalı və bir çox məlum havadar ölkələrin dəstəklərinə rəğmən cəmi 24 saata ağ bayraq qaldırmağa məcbur edilib təslim olan ermənilərdən ibarət olacaq. Bu da ayrı bir xoşbəxtlikdir.
Necə də böyük qələbədir. Necə də böyük mutluluqdur.

Ən güclü ordu belə Komandirin "İrəli" komandası olmasa heç bir əməlliyyata başlaya bilməz.

Orduda tabeçilik və disiplin ən ön planda gəlməlidir. Nizam intizamı olmayan ordu isə heç vaxt müzəffər ola bilməz. Başı pozuq halda məğlubiyyətə düçar olmaqdan qurtula bilməz. Bu bir mənalı şəkildə belədir.

Komandir isə ən böyük məsuliyyətin daşıyıcısıdır. Yanlış zamanda yanlış qərarlar verərsə özünü də başçılıq etdiyi ordunu da uğursuzluğa düçar edər.

Tarixdə bunun saysız hesabsız örnəkləri var.

Komandir bütün məsuliyyəti öz üzərinə götürməyi bacarmalı, bütün təzyiqlərə tab gətirə bilməli, soyuqqanlı, savadlı və ən əsası cəsarətli olmalıdır. Nəyin bahasına olursa olsun verdiyi qərarların arxasında dayanmalıdır.

Emosiyalara qapılan, reallıqları vaxtında və düzgün analiz qabiliyyəti olmayan, savadsız komandirdən isə komandir çıxmaz.

Bəli, yeni tarix məhz onun adıyla bağlı olacaq. Azad, müstəqil, bütöv Azərbaycan məhz onun adını daşıyacaq.

Belə xoşbəxtlik isə tarixdə çox az sərkərdələrə, dövlət başçılarına nəsib olmuşdur.

Özü demiş "Xoşbəxt insandır ki, ata nəsihətini yerinə yetirdi".

Tarixi qələbə münasibəti ilə başda Müzəffər Azərbaycan Ordusunun Komandirini, tabeçiliyində olan bütün şəxsi heyətini və Azərbaycan xalqını təbrik edirəm.

Yenə də birlikdəlik göstərildi. Bütün sahələrdə, bütün cəbhələrdə düşmənə qarşı bir yumruq kimi birləşməyi bacardıq.

Artıq dünya bizləri, bizim ölkəmizi tanıyır. Həm də çox yaxşı tanıyır. Bizim ölkəmizlə hesablaşırlar.

Başımız uca, alnımız təmizdir. Bizlər sülh dedik başqa bir şey demədik. Sonuna qədər sülhü savunduq. Səbrimizin isə əlbəttə ki, bir sonu və sərhədi var idi.

Bəli, bizlər bacardıq. Birlikdə bacardıq.

Gözümüz aydın olsun. Sabahlarımız sülh qoxulu gözəl günlərə açılsın inşallah.

Vətən olanlarımıza dərin hörmət və ehtiramla

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti İqbal Səfərov

d8f19d88d0f5d142a9c77d957d66abda.jpg (122 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR