İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT açıqladı: Ermənistan əhalisi “əriyir”

Əhməd Qəşəmoğlu: “Ermənilər əsrin sonuna qədər daha da azalacaqlar, çünki... ”

BMT 2050-ci ilə qədər Ermənistan əhalisinin 300 min nəfər azalacağını proqnozlaşdırır. Bu barədə BMT-nin hesabatında bildirilir.

Yerli mütəxəssis, iqtisadçı ekspert Qrant Mikaelyan respublikadakı demoqrafik mənzərəni şərh edərkən bildirib ki, 44 günlük müharibənin nəticələri Ermənistanın növbəti 20 ildə demoqrafik vəziyyətinə təsir edəcək. Onun sözlərinə görə, Ermənistan əhalisi yaxın illərdə azalacaq və əgər ölkə 2050-ci ilə qədər BMT-nin 2,6 milyon nəfərlik proqnozunu yerinə yetirə bilsə, bu, yaxşı nəticə olacaq: “Ermənistandakı mövcud tendensiyaları nəzərə alsaq, proqnoz BMT-nin təqdim etdiyindən də pis ola bilər. Demoqrafiya ölkədə gedən ictimai-siyasi prosesləri əks etdirir”.

“Son 30 ildə Ermənistanda qeyri-bərabərlik dərinləşib, işsizlik artıb, iqtisadiyyatda irəliləyiş yoxdur, eyni zamanda ölkədə artıq asılı olmayan təhlükəsizlik atmosferi pisləşib”, - Mikaelyan bildirib. İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfərdir.

Ekspert hesab edir ki, 44 günlük müharibənin nəticələri də Ermənistan əhalisinin azalması prosesinə kömək edəcək.

Onun hesablamalarına görə, müharibənin nəticələri yaxın 20 il ərzində Ermənistan əhalisinin sayında təsirini göstərəcək.

Mikaelyan digər risklər arasında miqrasiyanın tempi və doğum səviyyəsini də qeyd edib. Bu mərhələdə miqrasiyanın tempi 2021-ci illə müqayisədə azalıb, Ermənistana müxtəlif ölkələrdən vətəndaşların axını da var. Eyni zamanda doğum səviyyəsi aşağı olaraq qalır və ölüm nisbəti ciddi şəkildə dəyişmir.

O, həmçinin hesab edir ki, son miqrasiya tendensiyası Ermənistanın etnik mənzərəsinin dəyişməsinə səbəb ola bilər.

Bəs ermənilər niyə azalır?

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a danışıb. Politoloqun sözlərinə görə, BMT-nin Ermənistanın əhali sayı ilə bağlı təqdim etdiyi göstəricilər tam  reallığı əks etdirmir: “Çünki Ermənistanın bir neçə daxili siyasəti və daxili şərtləri var ki,  ona əsasən orada yaşayanların dəqiq sayını bilmək mümkün deyil. Səbəb isə budur ki, dünyanın bir çox yerlərində yaşayan ermənilər bir neçə vətəndaşlığa malikdirlər və birinci vətəndaşlıqları da məhz Ermənistanla bağlıdır.  Məsələn, Avropada, ABŞ-da yaşayan çox sayda ermənilər var ki, onların hamısı həm də Ermənistan vətəndaşlarıdır. Onların arasında hətta ikili, üçlü, hətta dördlü vətəndaşlığı olanlar da var. Bu səbəbdən BMT-nin 2050-ci illə bağlı istər Ermənistan əhalisini siyahısı, istərsə də mövcud vəziyyəti ilə əlaqədar hesabatı reallığı əks etdirmir. Çünki bu proqnozların heç biri ciddi məsələləri əhatə etmir. Çünki daxildə bir neçə vətəndaşlığı olan erməniləri nəzərə almadan siyahı tərtib ediblər”.

Politoloq qeyd edib ki, ermənilər dünyanın hər yerində saylarını süni şəkildə artırmaqla məşğuldurlar: “Xatırlayırsınızsa, iki il əvvəl erməni diasporunun rəhbəri Rusiya prezidenti Putinlə görüşdə demişdi ki, guya Rusiyada 2,5 milyon  erməni yaşayır. Putin də ironik olaraq cavab vermişdi ki,  "sözünüzdən belə çıxır ki,  Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayanların sayından çoxdur?"

Beləliklə, mövcud şərtlə daxilində erməni xalqın demoqrafik inkişafının qarşısını alan əsas səbəblər bu xalqın mentaliteti,  düşüncə tərzidir.

Onu da qeyd etmək lazımdır ki, bütün dünyada ermənilər əsasən ermənilərlə evlənir, bunun nəticəsində qan yenilənmir. Yəni bütün xalq haqqında  bu sözü demək olmasa da, əksəriyyətində geri zəkalılıq yaranır. Bu isə demoqrafik prosesə təsir edən  məqamlardan biridir. Çünki demoqrafik prosesləri vətəndaşların sağlam düşüncə tərzi,  inkişaf şərtləri formalaşdırır. Bu səbəbdən dünyada ermənilərin bu düşüncədə,  bu mentalitetdə  inkişaf etməsi mümkün deyil. Hətta bura qədər inkişaf etmələrinin özü təəccüblüdür ki, onlar bu cür beyinlərlə necə inkişaf ediblər.

Əlbəttə ki, bu cür kafalarla inkişaf etməsinin əsas səbəbi Rusiya, ABŞ kimi ölkələrdə yaşamaqları, həmin ölkələrin imkanlarından istifadə etməkləri olub. Özlüyündə ermənilərin düşüncə, həyat tərzi, dəyərlər sistemi bu xalqın  sağlam inkişafına imkan vermir, şərait yaratmır".

Boşanmaların sayı bir az da artacaq" - Əhməd Qəşəmoğlu

Əhməd Qəşəmoğlu 

Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür rəy bildirib: “Bir ekspert kimi mən də hesab edirəm ki, 2050-ci ilə qədər Ermənistanda artım ermənilərin arzu etdikləri şəkildə olmayacaq, xeyli azalma baş verəcək. Hətta əsrin sonuna qədər daha da azalacaqlar. Yəni ermənilərin özlərinə məxsus xarakteri, milli psixologiyasını dərindən nəzərə alanda bu qənaətə gəlmək olur. Bilmirəm, BMT ermənilərin bu xüsusiyyətlərini də nəzərə alıb ya yox, ya da digər xalqlar kimi də orta statistik proqnozlar edib, amma düşünürəm ki, xüsusiyyətlərini nəzərə alsaydı, daha pessimist proqnozlar verərdi.

Qeyd edim ki, erməni psixologiyası, xarakterində münaqişəyə meyllilik ovqatı var. Ermənilər hətta hər kəsi öz yaşadıqları yerdən qovanda, təklikdə qalanda belə bir-biriləri ilə mehriban yaşaya bilmir,  tez bir zamanda aralarında münaqişələr yaranır. Ona görə də tez-tez küsüb, başqa yerlərə köçməli olurlar. Buna görə də ermənilər əsasən ailəmeylli deyil, məişətmeylli xalqdır.  O xalqda artım çoxdur ki, onlarda ailəmeyllilik olur. Yəni əhalinin nümayəndələri gözəl ailənin olması, uşaqların çox olması, onların təlim-tərbiyəsindən zövq alanda çox sürətlə artırlar.  Məsələn, Əfqanıstanı nə qədər bombalasalar da, bir tərəfdən əfqanlarda sürətlə artım olur. Çünki əfqan xalqı daha çox ailəmeyllidirlər, ailəni artırmaq, uşaqları böyütməkdən zövq alırlar. Ermənilər isə qeyd etdiyim kimi, daha çox münaqişəyə meyllidirlər, ona görə də onların sayında getdikcə azalma baş verir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR