Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda bloger Uça Abaşidze və həyat yoldaşı Mariam Yaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.
İclasda hər iki təqsirləndirilən şəxs iştirak edib. U.Abaşidzenin sözlərinə görə, o, axtarış zamanı alçaldıcı rəftara məruz qalıb.
Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbuluna qarşı etiraz aksiyalarında iştirak edən U.Abaşidze mayın 10-na keçən gecə Gürcüstan parlamentinin və Ədliyyə Nazirliyinin saytında kiberhücumla bağlı aparılan axtarış zamanı polis tərəfindən saxlanılıb. Abaşidzenin evində axtariş aparılan zaman oradan silah və sursat tapılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib ki, Uça Abaşidzedən götürülən silah və sursatlar hərbi silahlardır. "Ballistik ekspertizanın nəticələrinə əsasən, götürülmüş silah və döyüş sursatları odlu silah və döyüş sursatı kateqoriyasına aiddir və istifadəyə yararlıdır", - DİN-dən bildirilib.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ