İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin fikrincə, Putin dayanana oxşamır

“Biz Ukraynadakı vəziyyətlə bağlı bu ölkənin liderləri, o cümlədən xarici işlər naziri Dmitri Kuleba ilə daima sıx əlaqə saxlayırıq”. Novator.az-ın məlumatına görə, ABŞ-ın dövlət katibi Entoni Blinken martın 17-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında belə deyib.

O bildirib ki, ABŞ rəsmiləri Ukraynada müharibəni diplomatik yolla dayandırmağa çalışan başqa ölkələrlə də sıx əlaqədədir: “Hər gün, hər saat Rusiya ordusunun atəşi altında olsa da, Ukrayna danışıqlar aparmağa razılaşıb və biz bunu alqışlayırıq. Amma o biri yandan mən Rusiyanın başlatdığı müharibəni diplomatik yolla bitirmək üçün ciddi bir səy göstərdiyini görmürəm.

Biz Ukraynanın gərginliyi diplomatik yolla azaltmaq, atəşkəs əldə etmək və təbii ki, rus qoşunlarının ölkədən çıxarılmasına nail olmaq cəhdlərini dəstəkləyirik. Biz habelə Fransa, Almaniya, İsrail, Türkiyə və digər ölkələrin vəziyyəti nizamlamaq səylərini yüksək dəyərləndiririk.

Ancaq diplomatiya tələb edir ki, qarşı duran tərəflərin hər ikisi gərginliyin azaldılmasında vicdanla iştirak etsin. Mən isə Rusiya prezidenti Vladimir Putinin dayanmağa hazır olduğunun heç bir əlamətini görmürəm”.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR