İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken: “Türkiyədə hərbçi ailələrinin zəlzələdən zərər çəkmələri məni təsirləndirdi” - YENİLƏNİB

“Türkiyədə hərbçi ailələrinin zəlzələdən zərər çəkmələri məni təsirləndirdi”

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb.

“Türkiyədə hərbçi ailələrin zəlzələdən zərər çəkmələrini eşitmək məni dərindən təsirləndirdi və onların dözümlülük və gücləri ilhamlandırdı. Türkiyəni NATO üzvü hesab etməyimlə fəxr duyuram”.

Qeyd edək ki, Çavuşoğlu və Blinken Kahramanmaraş zəlzələlərdən zərər çəkmiş bölgələrdə araşdırma aparmaq üçün Hatay şəhərində olub.

Fevralın 19-da ABŞ-nin dövlət katibi Türkiyəyə səfərə gəlib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.

Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi nəzərdə tutulur.

***

"Türkiyədəki zəlzələnin fəsadlarını yaxından görmək üzücüdür".

"Report" NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə zəlzələ bölgəsini helikopterlə izləyən zaman deyib.

O, ABŞ-ın xilasetmə və yardım səyləri üçün əlindən gələni etməyə qərarlı olduğunu bildirib.

Qeyd edək ki, Çavuşoğlu və Blinken Kahramanmaraş zəlzələlərdən zərər çəkmiş bölgələrdə araşdırma aparmaq üçün Hatay şəhərində olub.

Fevralın 19-da ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.

Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR