İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizi qorxulu gələcək gözləyir!..” - İrəvanda Bakıya səfərlərlə bağlı isterik panika

Azərbaycanın Avropa üçün artan energetik önəmi radikal-revanşistlərin yuxusunu qaçırıb; erməni mediası təlaşda: “Qərb Azərbaycana hər şeyə izn verəcək...”

Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, o sırada Avropa İttifaqı ilə əlaqələrimiz dərinləşdikcə, xüsusən də yeni dönəmdə qitənin energetik təhlükəsizliyi ilə bağlı ölkəmizin vazkeçilməz rolu dərk edildikcə, Ermənistanın isterik tutmaları da çoxalır. Region üçün, dünya üçün heç bir iqtisadi-ticari, logistik, energetik, tranzit və maddi önəm daşımayan, mədəni dəyər kəsb eləməyən, bununla belə hikkəsi yerə-göyə sığmayan, arzuları imkanlarına tərs mütənasib bu cırtdan və izqoy ölkə hələ də yekə iddialarla yaşamağa davam edir. Bölgədəki miskin yeri ilə barışmaq əvəzinə, “başını başlara” qoşur.

Ermənilər illərdir faktiki heç bir dövlətçilik, həyat əlaməti qalmayan “Ermənistan” adlı qondarma, baş tutmamış dövlətlərini utanmazcasına həm də suveren dövlətlər cərgəsində görürlər. Üstəlik, özlərini “qərbyönlü”, “azad dünyanın tərkib hissəsi”, “demokratik Ermənistan” adlandıraraq, “avtoritar Azərbaycan”a qarşı Qərbdən əlavə imtiyazlar tələb edirlər. Minnət qoyurlar.

Məəttəl qalırsan, 30 ildir Rusiyanın forpostu, marioneti, maşası olan bir ölkə necə azad, demokratik ola bilər, görəsən? Bunlar doğrudanmı dünyanı axmaq yerinə qoyublar?..

*****

Amma kimə deyirsən. Xəstə təxəyyül “xariqələr” yaratmağa davam edir. Bu zay toplumun başında gedənlər heç cür xəstə olduqlarını qəbul eləmək, anlamaq istəmirlər. Bu da əlbəttə ki, “sağalmanı” ləngidir.

Yeri gəlmişkən, narkomanların müalicəsində ümumi prinsiplər var. 1-ci prinsip xəstə olduğunu narkomanın özünün etiraf eləməsidir. Bu etiraf olmayınca müalicəyə başlanılmır. Çünki effekti olmayacaq. İndi bu anormal qonşularımız da, nə qədər ki, öz qonşularına qarşı xəstə iddialarla yaşadıqlarını boyunlarına almayacaqlar, bir o qədər normal millətə çevrilməyəcək, zillət içində qalacaqlar.

Keçək indi xroniki “erməni xəstəliyi”nin təp-təzə “residivləri”nə.

Xəbər verildiyi kimi, ölkəmizdə səfərdə olan Avropa Komissiyanın sədri Ursula von der Leyen Avropa İttifaqı adından Azərbaycana təşəkkür edib, ölkəmizi etibarlı tərəfdaş adlandırıb. “Rusiya Ukraynaya qarşı başladığı işğalçı müharibədən əvvəl də etibarlı enerji tərəfdaşı deyildi. Mən şadam ki, Azərbaycan etibar etdiyimiz tərəfdaşlar sırasındadır. Siz bizim üçün çox vacib enerji tərəfdaşısınız və həmişə etibarlı tərəfdaş olmuşunuz”, - deyə o vurğulayıb.

Bundan əlavə, Bakıda Azərbaycanla Avropa Birliyi arasında yeni enerji (qaz) sazişi imzalanıb.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli həm sazişi, həm də Leyenin ölkəmizə səfərini çox önəmli hadisə adlandıraraq bunları qeyd edib: “Əvvəla, bu saziş tək ölkənin deyil, bölgəmizin də qorunmasını, önəmini artıracaq, yarana biləcək münaqişələrin önlənməsinə xidmət edəcək. Cənubi Qafqazda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaq.

İkincisi, yeni saziş Azərbaycanın iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq, bundan başqa iqtisadi olaraq məmləkətin Qərbə bağlantısını möhkəmləndirəcək.

Üçüncüsü, uzun müddətdir ki, Azərbaycanla AB arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir, hələ 2019-cu ildən bu haqda ictimaiyyətə məlumat vermişdik, danışıqlar prosesindən məlumatlı şəxslər olaraq biz məsələnin uzanmasının səbəbinin insan haqları ilə bağlı olmadığını demişdik. Demişdik ki, müqavilənin uzanmasının əsas səbəbləri iqtisadi məsələlərdir. Qazla bağlı anlaşma razılaşdırılmamış əsas məsələlərdən biri idi - indi imzalanan qaz anlaşması AB ilə geniş müqavilənin də önünü açır, düşünürəm ki, yaxın zamanlarda Avropa Birliyi ilə yeni strateji müqavilə də imzalanacaq".

*****

Bu gəlişmələr isə təbii ki, ən çox erməniləri narahat edir. Romella Mnatsakanyan ad-soyadlı erməni şərhçi bu xüsusda Armenianreport.com-dakı məqaləsində görün nə sayıqlayır.

“Hazırda bizim gözlərimiz önündə faciəvi əhəmiyyətini hələ tam dərk edə bilmədiyimiz hadisələr baş verir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Azərbaycana səfərə gəlib. Səfərin özü Ermənistanda əsaslı həyəcan yaratmalıdır. Çünki indiyədək biz Aİ-nin Azərbaycanın başlatdığı 44 günlük müharibəyə vicdanlı, ədalətli reaksiyasını görmədik. Türkiyə və Pakistanın fəal hərbi-siyasi dəstəyi, eləcə də Rusiyanın susqun razılığı ilə Azərbaycanın ”artsax"a qarşı müharibəyə başlamasının tezliklə 2 ili tamam olacaq. Ancaq bütün müharibə boyu biz Aİ-nin rəsmi Bakını “ayılda” biləcək real addımlarını görmədik".

Romella Mnatsakanyan: “artsax” yox oldu, növbə Ermənistanındır

Mnatsakanyan klassik erməni ikiüzlülüyü ilə hamını işğalçı Ermənistana borclu çıxararaq davam edir: “Amma həmin o Avropa İttifaqı indi Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı böyük sanksiyalar tətbiq edir. Azərbaycana qarşı isə heç bir embarqo, ümumiyyətlə, sanksiyalar olmadı və indi də yoxdur. Baxmayaraq ki, ”artsax"ın 70%-i işğal altındadır. Bu tam ikiüzlülükdür. Bu, həm də onda özünü göstərdi ki, Avropa İttifaqı qəfildən Azərbaycanda demokratiyanın, söz azadlığının olmadığını görməməyə başladı".

*****

Diqqət edin, “demokrat” Paşinyan da daxil, on illərdir Qərblə Rusiya arasında ikili oyunlar oynayan, “iki stul” siyasəti aparan, az qala hamının maşası olmağa çalışan  ermənilərin nümayəndəsi Qərbi, Avropanı özünə qarşı ikiüzlülükdə suçlayır! Kim kimi yəni. Üstəlik, sən demə, Ermənistan həm də “demokratiya beşiyi” imiş Güney Qafqazda! 

Mnatsakanyanın, ümumən Ermənistanın qarnının ağrısının daha bir ciddi səbəbi isə aşağıdakı sitatdadır. Erməni müəllif yazır: “Azərbaycan Avropa İttifaqına qaz satışından təminatlı şəkildə milyardlarla dollar qazanc əldə edəcək. Bu da ona getdikcə daha çox və daha müasir silahlar almağa imkan verəcək. Eyni zamanda Azərbaycan Aİ-nin tənqidindən kənarda qalacaq. Ona demək olar, hər şeyə izn veriləcək. Hətta baş verənlərə qəzəblənməli olan Rusiya da heç nə deməyəcək. Bizi çox qorxulu gələcək gözləyir...”

*****

BMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnamə » Fedai.az

Qərb Azərbaycana sanksiya tətbiq eləməli imiş! Niyə, nədən? İşğalçı tərəf kim idi - Ermənistan, yoxsa Azərbaycan? BMT qətnamələrində işğalçı qüvvələrin adı üstündə deyildimi? Azərbaycan özü-özünə necə təcavüz edə bilərdi? Mnatsakanyan və onun başdan qrıja olan soydaşları, görəsən, hansı mifik “artsax” dövləti və onu “işğal edilmiş 70 faiz ərazisi”ndə dəm vururlar? Laçın, Kəlbəcər, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı heç vaxt mövcud olmamış, heç kimin tanımadığı uydurma dövlətin tərkib hissəsi necə ola bilərdi? Nəhayət, Qərb hansı hüquqi əsasla işğala məruz qalmış, ərazisinin 20%-də etnik təmizlənmə aparılmış Azərbaycana sanksiya tətbiq eləməli idi, bunu işğalçıya tətbiq eləməli olduğu halda?!!

Ermənistan hələ Qərbdəki havadarlarına minnətdar olmalıdır ki, 30 ildə bu sanksiyalarla üzləşmədi - erməni lobbisinin, xristian amilinin hesabına. Sırtıqlığa bax. Özlərini Ukrayna ilə bir tuturlar. Guya bunlar da işğala məruz qalıbmışlar. Ermənistan yüzdə-yüz işğalçı Rusiyanın rolunda ola-ola!..

*****

“Bizi qorxulu gələcək gözləyir” yazır “Qafqaz qaraçıları”nın təmsilçisi R. Mnatsakanyan. Siz üçün qorxulu gələcək əslində çoxdan gəlib. Bir az da göylərdə süzsəniz, “miatsum virusu”ndan gec qurtulsanız, əmin olun, millət, qəbilə kimi də varlığınız sual altına düşəcək. Onsuz da Ermənistan adlı dövlətiniz də formaldır. Hələ bir “ikinci erməni dövləti”nin dərdini çəkirlər. Hələ bir Ermənistan adlı saxta dövlətinizin sərhədlərini özünüz qoruyun, baxaq görək, qoruya bilirsinizmi?

İşğala məruz qalanlara bax! Beləcə, az qala bütün dünyanı özlərinə borclu sayan mənfur toplumun artıq hamını bezdirən və ürəkbulandıran həyasızlığı yeni antirekordlar qırmaqdadır...

Analitik xidmət,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR