İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizdə olmayanı necə ermənilərə verək?

2020-ci ilin noyabrında üçtərəfli sənəd imzaladıqdan sonra erməni məsələsinin nöqtələndiyini düşünmək əlbəttə ki, sadəlövhlük olardı, amma müharibədən iki il yarımdan sonra da bu vəziyyətlə üzləşəcəyimizi də yəqin ki, çoxlarımız ağıl etmirdik.

Şəxsən bu xalqın düşmənçiliyindən əziyyət çəkən biri kimi düşünürdüm ki, daha ağıllanacaqlar, heç olmasa gələcəklərini düşünəcəklər.

“Bu vəziyyətlə üzləşəcəyik” dedikdə dramatik heç nə baş verməyib, əksinə ötən müddətdə Azərbaycan Xankəndi və ətrafında mövqelərini möhkəmləndirib, Laçın postunu qurub. Amma “erməni blokadası” ətrafında yaradılmış və davam edən diskomfort mühit adamı sıxmaya bilməz.

Dünyanın hansı vaxtıdır ki, ayrıca götürülmüş 20-30 minlik toplumu “acıdan qırasan”, onlar da “küçələrdə bayılıb ölələr”. İndi də Fransada “yardım kampaniyasına” başlayıblar, ayrı-ayrı şəhərlərdə nələrsə toplayırlar. Erməni blokadası yalanını hər gün daha böyüdürlər.
İnternet əsridir, heç nəyi gizlətmək mümkün deyil. Amma baxırsan ki, erməni yalanı hətta ən məşhur nəşrlərdə “ayaq tutub yeriyir”, dövlət rəsmiləri gülünc bəyanatlar verir. 

Screenshot_2.png (793 KB)

“Ermənilər nə istəyirlər” sualına birmənalı cavab, əmin olun ki, heç özlərində də yoxdur. Çünki ermənilərin istədikləri “müstəqil arsax”dırsa, o bizdə yoxdur, yerli-dibli olmayıb. Bizdə olmayanı necə ermənilərə verək? Əgər istədikləri ayrıca yaşamaqdırsa, bu da mümkün deyil, çünki Qarabağda məskunlaşdıqları ərazilər də, onun ətrafı da Azərbaycan torpaqlarıdır.

Xəritəni qoysunlar qarşılarına, izah etsinlər ki, necə bu ərazidə “ayrıca” yaşamağı düşünürlər, necə buradan çıxmağı, geri qayıtmağı düşünürlər?
Xankəndi Rusiyanın ən qərbindəki Kalininqrad deyil axı. Dənizə çıxışı yox, dəmiryolu, iqtisadiyyatı yox... Hərdən adam başa düşməyə çalışır bu axmaqları, amma normal məntiq tapa bilmirsən. Ağızlarında hələ də işğal illərinin dadı qalıb, reallığı görə bilmirlər sanki. Halbuki iki il yarımda xeyli məsafə qət etmək olardı. Azərbaycan Xankəndidə az qala 35 ildir işləməyən strukturlarını yavaş-yavaş bərpa edə, ermənilərin Bakı ilə münasibətlərində normallaşma sürəci irəliləyə bilərdi. Hitler Almaniyası da az qala bütün dünya ilə düşmən idi. Alman xalqı işğalçı ideologiyadan, məğlubiyyətin acısından ayıldılar, yenidən ayağa qalxdılar. Erməni alman xalqının əlbəttə ki, dırnağı da deyil, müqayisə olunmayacaq zəka, düşüncə fərqləri var. Deməyim odur ki, bunlar işğalçı ideologiyadan ciddi zərbə aldılar, başlarına yekə daş dəydi, amma təəssüf ki, faydası olmadı.

Screenshot_3.png (851 KB)

Ermənilər Qarabağda doğulmuş 30 illik bir nəsli məhv etdilər, indi də dincəlmirlər, gələcəklərini də baltalayırlar, indi daha bir nəsli də “görürüsüz, türklər bizi acından öldürür” yalanı ilə böyüdürlər. Nə qədər qəddar xalq olasan ki, öz gələcəyini belə təbliğatla məhv etsən, ərazisində yaşadığın xalqa qarşı düşmən kimi böyüdəsən. Özü də o xalqa ki, sənə heç bir pisliyi keçməmişdi... 

Screenshot_4.png (568 KB)

Yalnız axmaq olasan ki, indiki durumda Azərbaycana meydan oxumaqda davam edəsən. Aydındır, onlara arxasındakı qüvvələr də təsir edir, içərilərindəki ağıllı adamları deyil, İşxanyan kimi balaca daşnaqları önə çıxarırlar, erməni kartının masadan götürülməsini istəmirlər. Amma bu da sonsuzadək davam edə bilməz ki... 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR