İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz İranın erməni məsələsində prinsipial mövqeyini yüksək qiymətləndiririk”

“Gürcüstan, Hindistan və İranla isti münasibətlər ənənəvi olaraq uzunmüddətli qarşılıqlı faydalı əlaqələrə əsaslanır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə İrəvanda “Yeni regional reallıqlar və dünyanın kəsişməsi” adlı konfransda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.

O qeyd edib ki, Ermənistan İranla ənənəvi əlaqələri inkişaf etdirməyə çalışır.

“Biz əməkdaşlığımızın iqtisadi komponentini, o cümlədən çoxtərəfli əməkdaşlıq səviyyəsini artırmaq üçün fəal addımlar atırıq. Bu mənada yüklərin daşınması, infrastruktur layihələri, enerji və regional proqramların inkişafı mühüm əhəmiyyət kəsb edir. İran Ermənistanın dördüncü iqtisadi tərəfdaşıdır və bu ölkə vasitəsilə Ermənistanın cənuba, Yaxın Şərqə tranzit marşrutu açılıb.
Biz İranın Ermənistanın ərazi bütövlüyü və suverenliyi məsələsində aydın, prinsipial mövqeyini yüksək qiymətləndiririk”, - deyə Səfəryan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR