Onlayn ictimai-siyasi qəzet
“Biz Türkiyə ilə münasibətlərin normallaşdırılması gündəminə sadiqik”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz inanırıq ki, Türkiyə ilə 2022-ci ildə əldə edilmiş və sonradan təsdiqlənmiş razılaşmaların həyata keçirilməsi Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olmasına müsbət təsir göstərə bilər. Baş katiblə söhbət zamanı Ermənistan Silahlı Qüvvələrində islahatların aparılması gündəliyinə də toxunduq. Bu proses heç bir dövlətə qarşı yönəlməyib və Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin artırılması üçündür”, - deyə Paşinyan bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ