İnsanlara hürriyət, millətlərə istiqlal!

"Biz Ərdoğanla Suriya məsələsi il bağlı işləyirik" - Tramp

ABŞ Prezidenti Donald Tramp Suriya məsələsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla işləməyə hazır olduğunu bildirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Biz onunla (Türkiyə Prezidentini nəzərdə tutur - red.), o cümlədən Suriya məsələsi il bağlı işləyirik. Yeri gəlmişkən, sanksiyalarla bağlı qərar verməliyik və bunu xeyli yumşalda bilərik. Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik, çünki onlara hər şeyi yenidən başlamaq imkanı vermək istəyirik”, - Tramp deyib.

O vurğulayıb ki, Ərdoğan artıq ondan Suriyaya qarşı sanksiyaların ləğvinin mümkünlüyü barədə soruşub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR