İnsanlara hürriyət, millətlərə istiqlal!

"Birinci kanal" Putinin atasını onun doğumundan 10 il əvvəl “öldürdü”

Rusiyanın "Birinci Kanal"ı bu günlərdə maraqlı qalmaqala imza atıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, kanalın süjetində 1952-ci ildə anadan olan Rusiya prezidenti Vladimir Putinin atasının İkinci Dünya Müharibəsi zamanı öldüyü göstərilib.

Süjetdə ekranın aşağısında gedən lent xəttində Vladimir Putinin atasının II Dünya müharibəsində “Neva plasdarmı”nı yararkən həlak olduğu qeyd olunub.

WhatsApp Image 2022-11-22 at 18.18.36.jpeg (97 KB)

“Neva plasdarmı” Nevanın sol sahilində, Neva Dubrovka ilə üzbəüz, Sovet qoşunları tərəfindən 19 sentyabr 1941-ci ildən 29 aprel 1942-ci ilə qədər, habelə 26 sentyabr 1942-ci ildən 17 fevral 1943-cü ilə qədər Leninqrad uğrunda döyüş zamanı qurulan müdafiə xəttidir. Burada ən azı 50 min sovet əsgəri həlak olub.

Beləliklə, Birinci Kanalın məlumatına görə, ata Vladimir Putin oğlunun doğulmasından 9-10 il əvvəl ölməli idi.

Əslində, Vladimir Putinin atas; doğrudan da “Neva plasdarmı”nda döyüşüb və hətta orada yaralanıb, lakin o, 1999-cu ilə qədər yaşayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR