İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir qrup konqresmen Baydeni Putinlə danışıqlara çağırdı

ABŞ Konqresinin aşağı palatasının Demokratlar Partiyasından olan 30 üzvü prezident Co Baydeni Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıb. Onların fikrincə, bu, müharibənin bitməsinə gətirib çıxara bilər.

Musavat.com xəbər verir ki, məktub partiyanın “Tərəqqi” fraksiyasının saytında dərc olunub.

Sənəddə Baydenin “Ukraynanın Rusiyanın işğalçı müharibəsinə qarşı qanuni mübarizəsinə” sadiqliyini yüksək qiymətləndirdikləri və ABŞ-ın iqtisadi, hərbi və humanitar yardımının Ukraynanın Rusiyaya qarşı uğurlu savaşı üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunur.

Eyni zamanda məktubda qeyd edilir ki, diplomatik səylər də ABŞ-ın müharibəyə son qoymağa yanaşmasının bir hissəsi olmalıdır. Konqresmenlər Baydeni “atəşkəs üçün real çərçivə” tapmaq üçün Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıblar. Məktub müəllifləri diplomatik həllin alternativinin “fəlakətli və ağlasığmaz risklərlə dolu uzunmüddətli müharibə” olduğunu vurğulayıblar.

Məktub parlamentin aşağı palatasında Vaşinqtonu təmsil edən Pramila Cayapalın başçılıq etdiyi bir qrup Demokrat konqresmen tərəfindən hazırlanıb. Onu imzalayanlar arasında ABŞ Nümayəndələr Palatasına seçilmiş ən gənc qadın olan Aleksandria Okasio-Kortes, habelə Afrika əsilli İlhan Ömər kimi konqresmenlər də var.

Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki nümayəndəsi Con Kirbi konqresmenlərin məktubuna cavab olaraq ABŞ-ın Ukraynanın iştirakı olmadan Rusiya ilə danışıqlara getməyəcəyini bildirib. Onun sözlərinə görə, danışıqların nə vaxt başlayacağına Ukrayna prezidenti Vladimir Zelenski qərar verməlidir. Rəsmi Kiyev isə dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə danışıqlara getməyəcəyini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR