İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir neçə nəfərə hücum edən şəxs BELƏ saxlanıldı - VİDEO

Rusiyanın Daxili İşlər Nazirliyi Rostov-na-Donu şəhərində çoxmənzilli binaların girişlərində bir neçə nəfərə hücum edən şəxsin saxlanılması anının görüntülərini yayıb.

Musavat.com xəbər verir ki, saxlanılan şəxs fərqli vaxtlarda müxtəlif vətəndaşlara fiziki hücum edib. Hücumlar əsasən yaşayış binalarının giriş hissələrində baş verib. Nazirlik bildirir ki, hüquq-mühafizə orqanlarının operativ əməliyyatı nəticəsində şübhəli şəxs tez bir zamanda müəyyən edilərək saxlanılıb. 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır və saxlanılan şəxsin başqa cinayətlərdə iştirakının olub-olmaması yoxlanılır. Hüquq-mühafizə orqanları vətəndaşları ayıq-sayıq olmağa və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR