İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ilə 9 vəkilin fəaliyyəti müvəqqəti dayandırıldı, 20 nəfər töhmət aldı

Vəkillər Kollegiyasına daxil olmuş şikayətlər əsasında 20 vəkilə töhmət verilib, 9 nəfərinin isə fəaliyyəti dayandırılıb.

Bu barədə Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.

Bildirilib ki, Vəkillər Kollegiyasına dövlət orqanlarından 47, qeyri-dövlət təşkilatlarından 43, vətəndaşlardan 128 şikayət və müraciət daxil olub. 2022-2023-cü illərdə 284 intizam icraatı həyata keçirilib, 117 pozuntu müəyyən olunub, 37 icaatda pozuntu müəyyən olunmayıb, 53-nə qiymət verilməsi mümkün olmayıb. 46 şikayət üzrə intizam icraatına xitam verilib.

Həmin vəkillər barədə şikayət geri götürüldüyünə və sair əsaslarla 33 intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilib. 21-nə irad, 20-vəkilə töhmət verilib. Pozuntu müəyyən olunmadığına və şikayət geri götürüldüyünə görə 80 vəkilin intizam icraatına xitam verilib, 46 şikayət üzrə qiymət vermək mümkün olmayıb. Həmçinin, 9 vəkilin fəaliyyəti dayandırılıb, 8 vəkil isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR