İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ildə Rusiyanın aqrar sektorundan 200 min işçi gedib

Rusiyanın kənd təsərrüfatı kompleksi, digər sənaye sahələri kimi, kadrlarla bağlı çətinliklər yaşayır.

Musavat.com xəbər verir ki, bu fikri Rusiya kənd təsərrüfatı naziri Oksana Lut səsləndirib.

Onun sözlərinə görə, ötən il Rusiya kənd təsərrüfatı 200 min işçi itirib: onların bəziləri iş sahəsini dəyişib, bəziləri başqa ölkələrə geidb, çoxu isə pensiyaya çıxıb.

Belə bir şəraitdə Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərinə fəhlələrin cəlb edilməsi proqramı üzərində işləyir və kadr ehtiyatının formalaşmasına ilk növbədə kənd məktəblərinin şagirdlərindən başlamağı planlaşdırır.

Nazir bildirib ki, Rusiya kənd təsərrüfatında 6 milyona yaxın insan çalışır ki, onların böyük əksəriyyəti fəhlədir: "Bu insanlar arasında yaşlılar çoxdur. Bizim sahə yaşlıların sayına görə ən birinci yerdədir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR