İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir gün qapımızı döyəcəklər” - Türkiyə bu ölkə ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu bu il ixracda qarşıya 50% artım hədəfi qoyduqlarını bildirib.

Musavat.com-un xəbərinə görə, Antalyada keçirilən “Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı” çərçivəsində Demiroğlu bunları deyib:

“Bu il ixracı artırmağı hədəfləyirik. Aylıq 1 milyard dollara çatmaq planımız var. Bununla belə, dünya istehsalatında yaşanan problemlər bizim üçün də keçərlidir. Məsələn, “Airbus” 1000 təyyarə hədəfləyirdi, amma 650-ni istehsal edə bildi. “Boeing”də yaşanan problemlər də bizə təsir edib. Buna baxmayaraq, Türkiyə olaraq yaxşı performans göstərdik.

MEHMET.jpg (47 KB)

İxrac hədəflərimizi müəyyənləşdirərkən heç bir regional məhdudiyyət qoymuruq. Biz Amerika da daxil olmaqla, hər bir bazara genişlənmək niyyətindəyik. Məsələn, Meksika sərhədinin mühafizəsi üçün ABŞ-a “Aksungur” PUA-ları təklif etdik. İki gün havada qala bilən bu sistem effektli bir həll ola bilər. Bundan başqa, vaxtıyla Türkiyəyə məhsul satmayan şirkətlərin indi bizimlə iş birliyinə can atdığını görürük. Məsələn, vaxtıyla bizə kamera satmayan bir şirkət indi bizə iş birliyi etmək istəyir. Amma artıq ASELSAN öz kameralarını istehsal edir və öncəliyimiz yerli məhsullardır. Bu, Türkiyənin müdafiə sənayesində çatdığı səviyyəni göstərir.

Müdafiə sənayesi ixracatında Türkiyənin ən böyük üstünlüyü təkcə məhsul satmaq deyil, eyni zamanda ölkələrin öz sistemlərini inkişaf etdirməsinə dəstək olmaqdır. Məsələn, Afrika və Yaxın Şərq ölkələrinə təkcə məhsul satmır, eyni zamanda texniki xidmət, təmir və təlim dəstəyi də təklif edirik. Bu da Türkiyəni daha cəlbedici bir tərəfdaş halına gətirir.

Avropa ölkələrinin də Türkiyənin müdafiə sənayesindəki irəliləyişini yaxından izlədiyini bilirik. NATO rəsmi şəxsləri və fərqli ölkələrin müdafiə nazirləri zavodlarımızı ziyarət etdikdə gördüklərinə inanmaqda çətinlik çəkirlər. Ancaq Türkiyənin bu sahədə nə qədər irəlilədiyini anladıqlarında bizimlə iş birliyi qurma yollarını axtarırlar. Müdafiə sənayesində dünya çapında dəyişən balanslar çərçivəsində Türkiyənin mövqeyi getdikcə güclənir.

Xüsusilə Avropa bazarına çıxışı çox vacib sayırıq. Şəxsi hədəfim Almaniyaya ATAK helikopteri satmaqdır. Hazırda Almaniya bu məsələdə bizimlə rəsmi danışıq aparmır. Ancaq Almaniyanın müdafiə sənayesi arzuolunan vəziyyətdə deyil və biz bilirik ki, təcili həll yollarına ehtiyac var. Ona görə də düşünürəm ki, bir gün bizim də qapımızı döyəcəklər və mən bu hədəfə doğru çalışıram”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR