İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gecədə 20 manata qaldırılan qatar biletləri- AÇIQLAMA

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sabahdan hərəkətini bərpa edəcəyi Bakı-Gəncə sürət qatarında gediş haqqını artırıb.

Musavat.com xəbər verir ki, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.

Mövcud durumda Bakı-Gəncə sürət qatarında gediş haqqının artırılması sosial baxımdan əhali üçün nə qədər çətinlik yarada bilər?

Bu məsələyə iqtisadçı ekspert Rəşad Həsənov münasibət bildirib. Ekspert BAKU.WS-ə deyib ki, bilet qiymətinin qaldırılması arzuolunan deyil:

"Əslində qurumun öz xərclərinə münasibətdə tarifləri müəyyən etmək hüququ var. Lakin bu məsələdə müəyyən məqamlar nəzərə alınmalıdır. Hazırki şərtlər daxilində bir nəfərin daşınması və eyni zamanda elektrik enerjisinin artırılmış qiyməti xidmətin maya dəyərini yüksəldir. Bundan əlavə "Azərbaycan Dəmir Yolları" QSC işçiləri əvvəlki əmək haqqı ilə çalışdıra bilmir. Daha artıq əmək haqqı ödənilməli və ya əlavələr olmalıdır.

Hazırda bazar şərtləri dəyişdiyi üçün xidmətin maya dəyəri artıb. Qurum 2 il idi ki, işləmirdi. Yenidən icazələrin verilməsi ilə bu istiqamətdə mövzu ortaya qoydu. Bugünkü şərtlər daxilində bilet qiymətinin 10 manatdan 20 manata qaldırılması arzuolunan deyil. Hazırda əhalinin alıcılığı sürətlə aşağı düşür, gəlirlər bazar qiymətləri ilə müqayisədə daha az artır və ya artmır. Belə bir şərtlər daxilində dövlət seqmentində təşkil edilən mal və xidmətlər mümkün qədər qiymətlərin müəyyən edilməsində sosial parametrləri nəzərə almalıdır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR