Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Cinayət Məhkəməsinin (MCM) keçmiş üzvü, argentinalı bədnam prokuror Luis Mareno Okampo iki gündür yenə gündəmə gəlib. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya davam edən səfərinə qarşı Berlində erməni anti-Türkçü daşnakların təşkil eləməyə hazırlaşdığı “etiraz aksiyası”na onun da qatılacağından gedir.
Dərhal yada salaq, bu zat Qarabağda olmaya-olmaya (!), ötən il cəmi bir həftə ərzində heyrətamiz abırsızlıqla Qarabağda “erməni soyqırımı” nağılını qələmə almış yeganə əcnəbi dələduz- prokurordur. O vaxt baş xuntaçı Arayik Arutunyan “hüquqi kömək” üçün ona müraciət edərək, “vəziyyəti qiymətləndirməyi” xahiş eləmişdi. O da aldığı “qonorar”a uyğun sifarişi can-başla yerinə yetirmişdi. Halbuki bölgədə olmuş heç bir beynəlxalq qurum və onların özünə hörmət edən təmsilçiləri belə qələti dilinə gətirməyib. Əksinə...
Bəllidir ki, hüquq elmi ehtimalı, emosiyanı, versiyanı yox, faktı, dəlili sevir. O zaman hanı sənin heç olmasa, bircə sübutun? “Filan erməni belə söyləyib” sərsəmləməsi sübut sayıla bilərmi? Erməni elə deyib, biz də belə deyirik! Bəs sənin soyuq prokuror məntiqin, vicdanlı hüquqşünas yanaşman, qərəzsiz araşdırman, ən əsası, yalnızca əlahəzrət fakta söykənən hüquqi ədalətin harda qaldı ki, asanca Azərbaycanı genosiddə suçladın?
O da məlumdur ki, erməni lobbisinin güclü olduğu, uydurma “soyqırımı” ilk sıralarda tanıyan 5-10 xristian ölkəsindən biri Argentinadır. Okampolar ən çox Argentinada da “bitməsin,” harda peyda olsun ki...
Pulun, rüşvətin şirinliyinə bax. Zatən, bilənlər bilir ki, Okampo BCM-dən də elə bu qəbil çirkin və qaranlıq işlərə görə uzaqlaşdırılıb. Amma vərdişi tərgitmək asan deyil ki. Üstəlik, qayəsində tamah dayanırsa, ondan qurtuluş ikiqat əzablı! Qərbdəki erməni lobbisinin isə ağlı olmasa da, pul-parası nə qədər istəsən var.
Odur ki, “əl-ələ” prinsipi üzrə Azərbaycana qarşı görünməmiş “hüquqi sırtıqlıq” davam edir. Oğru oğurlamaqdan yorulmadığı, getdikcə daha böyük oğurluğa can atdığı kimi, erməni çörəyi ilə bəslənən Okampo tipli şərçi-şarlatanlar da əleyhimizə şərin “doza”sını artırmaqdadırlar.
Ancaq ortada heç bir dəlil olmadığından bütün cəhdlər havanı silkələməyin və ya “stəkanda fırtına”nın effektindən o yana keçə bilmir ki, bilmir. Enində-sonunda düz əyrini yenə kəsir. Qəddarcasına...
Təsadüfi deyil ki, bu günlərdə erməni mediasına müsahibəsində Okampo “bəs etnik təmizləməyə görə niyə Azərbaycan sanksiya tətbiq olunmur” sualına faktiki özünü-təkzib və bəraət şəklində, bir az da yersiz gileylə bildirmişdi ki, “ölkələr məsuliyyəti öz üzərilərinə götürüb buna getmək istəmir, Azərbaycanla münasibətləri korlamaqdan çəkinirlər”.
Hələ korlasınlar da? Hansı ağılsız siyasətçi, dövlət adamı olmayan, barmaqdan sovrulmuş “fakta” görə Güney Qafqazın, 300 milyonluq Türk dünyasının, TDT-nin açar dövlətini, mühüm enerji qaynağı olan ölkəni boş yerdən özünə düşmənə çevirər? Nəyə xətir? Bir ovuc saxtakar və yalançı haya və onların Okampo kimi fırıldaqçı, rüşvətxor müdafiəçilərinə görə? Beynəlxalq hüquqa ləkə olan bir riyakar və tamahkara, vicdanınə “5 sentə” satmış pul hərisinə görə?!
Və sonda. Erməni ikiayaqlı vəhşilər Azərbaycan ərazilərində Xocalı soyqırımını, bəşəriyyət əleyhinə digər qandonduran cinayətləri törədəndə bu “prokuror”-şərəfsiz harda idi görəsən?..
Z.SƏFƏROĞLU
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ