İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir-birlərini məhkəməylə hədələdilər! - Ağır ittihamlar

İnfluenserlər Elmira Namazova və Aysel Şükür arasındakı qalmaqal yenidən alovlanıb.

Musavat.com olay.az-a istinadən xəbər verir ki, buna səbəb Ayselin Elmiranın atasının kolbasa sexi ilə bağlı çıxan xəbəri paylaşması olub.

Bundan sonra Elmira ard-arda videolar paylaşaraq bu sözləri deyib:

"İndiyə qədər susmağımın səbəbi ailəmə, özümə, izləyicilərimə olan hörmətdən və deyilənlərin həqiqətə uyğun olmadığından irəli gəlir. Lakin insanların çörəyi ilə oynamaq, yalan məlumat paylaşmaq , həqiqəti bilə-bilə əksini iddia etmək olmaz. 4 il əvvəl təkzib olunan xəbəri paylaşırlar. Bu işlə məşğul olan hər kəs bilir ki, kolbasa sexlərində iki cür istehsal olur. Biri halal - tərkibində donuz piyi olmayan, digərində isə donuz piyi olan qeyri-halal. Onun da üzərində qətiyyən halal sertifikatı olmur. Mən uşağıma əmin olmadığım şeyi yedizdirmərəm.

Analığıma söz deyəcək ən son insan belə deyilsiniz. İndi deyir ki, üstümdən prim qazanır. Həyatımda danışdığı yalanlara ən çox inanan ikinci insan belə görməmişəm. Kimin kimin üzərindən prim qazandığı ortadadır. Mən ailəmə, özmüə olan hörmətdən susuram. Yoxsa söyüş söymək həyatdakı ən rahat şeydir. Düşmüsən camaatın canına. Ətrafındakı insanlar səni sevdikləri üçün yox, "mənə heç nə etməsin" fikri ilə yanındadırlar. Hamı pisdir, instaqramdakı bütün blogerlər pisdir, yalançıdır, bir sən yaxşısan. Kinolarda pis obrazlar öləndə hamı gözəl yaşayır. Dörd-beş aydır yox idin, hamı sakit, işində-gücündə idi. Heç kim bir-birinə qarışmırdı. Sonra birdən çıxıb, hamıya qarabasan kimi çökür, eyni elə oldu. Dərdin nədir? Nə istəyirsən məndən? De, verim. Həyatında nələrsə yolunda getmirsə, yarış keçirə bilmirsənsə, günahkarı mən deyiləm. O qədər içimə atdım ki, dedim, fikir verməyim, o səninlə bir deyil. Mən susduqca sən özünü haqlı saydın. İndi bir neçə fakt paylaşacam. Mən özümə feykdən yazmıram. Ya da ətrafımdakılara zəng edib demirəm ki, bunu yaz paylaşım. Hamı sənin haqqında bilirsən nələr yazır? Uşaqlarına görə dilim gəlmir. Yarış keçirmək istəyirdin. Onu da edə bilmədin. Mənim yarışımda elə bir problem olsaydı, evimi satıb camaatın pulunu verərdim. Sənin ev yarışında təşkilatçı Fidan idi. Onu səninlə biz tanış etmişdik. Halbuki o sənin təşkilatçın olmaq istəmirdi ki, sponsorlar istəmir, söyüş söyür, sənin kimi artım verə bilmir. Dedik, narahat olma, paylaşıb dəstək olacağıq, atası əməliyyat olunmalıdır, pula ehtiyacı var, filan yarışı keçirək. Elə bil ki, bizə sponsor yığırsan. Yarışın başladı, gördün ki, bizim maşın yarışı kimi artım getmir. Səni depressiyaya saldı, yuxu tutdu, yatdın. Tural da zəng edirdi ki, paylaşım et. Ailə üzvümüz kimi can yandırdıq. Tural yazı hazırlayıb Oqtaya atıb ki, sən paylaş. Hansı insan özü yarış keçirə-keçirə dostunu bu qədər təriflədər. Açıq-aşkar atamın zavodunun adını çəkir. Sonra da deyir yarası olan "qocunar". Axı sən ad çəkirsən. Burada mənə cavab haqqı yaranır. Aylardır içimə atmışam. Bu səhhətimdə problem yaratdı. Saçım tökülüb. 

Deyirdi ki, saxta ailə cütlük, bütün gün dalaşırlar. Əsəbiləşmirdim. Olmayan şeyə görə niyə əsəbiləşim? Öz yaşadıqlarını mən yaşamışam kimi bildirir. Yeni yalan uydura da bilmir. İstifadə etdiyi şeylərə görə başı getmiş ola bilər. 

4 il əvvəl 2020-nin avqust-sentyabr aylarında həmin şəxsi anası evindən götürüb narkoloji dispanserə aparmışdı. Yalandan qanını yuduzdurmaqla, sistemlər qoşdurmaqla deyil. O dönəm yanında olan bir mən idim. Sən paylaşım edirmişsən kimi paylaşımlar edirdim, yarışı davam etdirirdim, öz səhifəmdə reklam edirdim. Sənin atdığın şərləri, feyk səhifə açıb insanlar haqqında yalan məlumatlar yayıb, evində oynamaqlarını hamı bilir. Heç kim sənin üçün bunu etməzdi. Göz yaşı axıdırdım, evimdə atam-anam belə bilmirdi. Bəlkə elə bilərsən mesajlarımız silinib. Ananla mesajlarımız da qalıb. Mən hər gün südəmər uşağımı evdə qoyub taksi ilə sənin yanına gəlirdim. Adından paylaşımlar edirdim, yarışın üçün sponsorlar axtarırdım. Necə sənin yarışını vurmağa çalışmışam? Özümə özüm kimi dost axtarıram. Sən təmiz deyilsən. Linkləri, salonunu, köhnə paltarlarını paylaşır ki, camaat alsın. Reklam istəyirdin, edərdim. Ananla mesajlarımız var. Yarışla bağlı yazmışam, "1 saata gəlirəm" yazmışam. Yazını belə göndərirəm ki, bunu səhifəsində paylaşsın. Sən mənə şər atanda yapışmır. Məndən əl çək. Hər dəfə Turalla fotosessiya etdirəndə mənə "ilişir". Atamla bağlı etdiyin əsassız paylaşıma görə 100-cü məhkəmənə hazırlaş. Ağır formada hüquqi qarşılığı gələcək. Hamı səni məhkəməyə verir. Başına bir iş gələndə halallıq istəməyə çağırırsan. Vaxtında Asya ilə mənim aramı vurdun. Onun səhifəsini bağlatdırmaq üçün yanımda Türkiyəyə pul göndərmirdin? 

Qanun qarşısında cəzalandırılacaqsan. Ağlı öz atasına gedib. Halaldan-haramdan, dürüstlükdən danışana bax. Bir yarışda belə səhvim olsaydı, bütün Azərbaycan bilərdi. İndiyə qədər nə vermişəmsə, kimsə desin ki, yalandan mənə maşın verib və sairə. Bu dəqiqə səhifəmi bağlayaram. Adım, şərəfim öz həyatımdan da önəmlidir. Heç kəs deyə bilməz ki, əksidir. Məndən əl çək, sənə cavab vermirəm. Bir də mənim, ailəmin adını çəksən, üstü örtülü, ya da açıq paylaşım etsən, başqa qurumları tağ edəcəyəm ki, məni boğaza yığıb. Bəsdir də, məni bezdirdin. Uşaqlara yazığım gəlir. Özünü fikirləşmirsənsə, onları fikirləş. Əlində bayraq edib ki, əməliyyatla arıqlayıb. Onunla arıqlamaq olsa, sən ildə 10 əməliyyata girirsən, niyə arıqlamırsan? Kök olmaq, ya da mənim üzümdə səpki olması ayıb deyil. Dörd il əvvəl əməliyyat keçirmişəm. Bu, bədən şəkilləndirmə deyildi. Onu da çıxarıb paylaşacam. Qardaşım deyibsə ki, gəlim üz-üzə danışaq. O da mədəniyyətindən irəli gəlir. İndiyə qədər sənin haqqında heç bir yerdə heç nə danışmamışam. Deyirdin ki, guya nəsə danışmışam. Amma danışmamışdım. Sən paylaşım edəndən sonra kim soruşsa, həqiqətləri danışıram. Oktay canlı yayımda Lənkəranda nə baş verdiyini, səni nə formada gördüyünü, nələr yaşadığınızı danışmışdı. 

Atan Türkiyədə 6 milyonluq evi necə alıb? Mənim atam isə  indiyə qədər uşaqlarının boğazından haram loxma keçirməyib. Mən də həmçinin. Amma sən atanın aldığı evlərin kimlərin adına olduğunu yaxşı bilirsən. Orada ananla necə mədəni formada danışmışam. O isə mənlə necə tonda danışır. Öz mədəniyyətsizliyinizi göstərirsiniz. Həmin səslərlə özünüz biabır oldunuz. İnsan nə qədər səhv çıxar? O atasının evini satmaq əvəzinə yarışa qoydu. 40 min qabağa düşdü, atasını əməliyyat etdirdi".

Aysel isə Elmira ilə bağlı bu paylaşımları edib: 

"Saxtakarlıqları tək yarışlarında yox, kolbasalarında da var imiş. Halal adı altında insanlara donuz piyi yedizdirirlərmiş. Paxıl olduğunu obyektlərimizi saymağından görə bilərsiniz. Nə qədər ki, haqqımda, arxamca yalandan danışacaqsınız, bugünkü kimi iç üzünüz ortaya çıxıb, ağlayacaqsınız. Siz evinizdə çalışan xadimənin belə yanında mən çıxan kimi arxamca danışmısınız. Xadimənin pulunu vermədiniz, işdən çıxardınız, onun qızı yazdı, səsini paylaşdım. Onu da şantaj etdiniz. Onsuz da hamının dalınca danışıb, danmaqdan biabır olmusunuz. Mənim adımı tutmağa davam etdikcə hər gün yeni məlumat paylaşacağam. Saxta həyatınızı yaşamağa davam edin. İlahi ədalət deyilən bir şey var. Hamı bilir ki, siz həmişə mənim paxıllığımı çəkib, arxamca işlər görmüsünüz. 

Məlumdur ki, DTX-nın Hərbi lobaratoriyasında verilən analiz cavablarını dəyişmək və saxtakarlaşdırmaq mümkünsüzdür. Çünki bu analizlər ekspress test metodu ilə icra olunmur, tam avtomatlaşdırılmış xromotoqrafik analizatorlarda icra olunur. Narkotik qan analizləri beynəlxalq səviyyədə qızıl standart sayılan metod ilə icra edilir. Analiz cavabında qeyd olunan beynəlxalq koddur. Bunu axtarış platformalarında yoxlasanız, görəcəksiniz ki, dünyada hazırda istifadə olunan metodiklarla hazırlanır. Bu da onu göstərir ki, boş-boş danışıb mənə şər atmağın cavabını qanunla verəcəksiniz, Qaldı ki, qanı yuduzdurmaqla xromotoqrafik analizdən yayınmaq mümkün deyil. Özünüzə savadlı deyirsiniz, məncə, bir az düşünün, araşdırın. Sonra yazın ki, özünüzü biabır etməyəsiniz. Əvvəl dediklərini danırdılar, indi danışdığı şeyləri özləri deyirlər. Mən heç vaxt nəyimləsə öyünməmişəm. Adam kasıb da olar, varlı da. Özümü imkanlı saymıram. Bu gün var, yeyirəm, şükür. Əsas odur, kiminsə haqqına girib şər atmamışam".

Bundan əlavə, Aysel qanında narkotik maddə aşkarlanmadığının sübutu olan analiz cavablarını, anası ilə Elmiranın telefon danışığını, Elmiranın qardaşının ona yazdıqlarını paylaşıb.

Elmira isə atasının kolbasa sexi ilə bağlı yayılan xəbərin təkzib olunduğu açıqlamanı, həmçinin halal sertifikatını, Ayselin anası ilə mesajlarını izləyiciləri ilə bölüşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR