Onlayn ictimai-siyasi qəzet
"TikTok-da hamı olub avtoritet, lotu... Özünüzə gəlin. Siz kimsiniz, kənarda min hoqqadan çıxanlarsınız. Yaxşı ki, TikTok çıxdı, oturursunuz burada. Əyləş ədəbinlə pulunu qazan. Şəhərdə bir tiktoker gəzir, hamı üstünə qaçır. Heç müğənnilərə onu etmirsiniz. Özünüzə gəlin. Cinsi azlıqlara dəstək olursunuz, canlılarında 10-15 min adam olur. Görün son günlər nə qədər cinsi azlıq var. Bu qədər olmaz. Dünyanın heç bir yerində bu qədər cinsi azlıq yoxdur. Bu gün, sabah qızlarımız ərə getməyə kişi tapmayacaq. Kimsə buna "bəsdi" desin".
Bu sözləri müğənni Günel Ələkbərova TikTok-da canlı yayımda deyib. İzləyiciləri ilə mübahisə edən ifaçı bunları əlavə edib:"Günü-gündən sayı çoxalır. Çünki baxırlar ki, cinsi azlıqlara nə qədər hədiyyələr gəlir, tərəflərini tuturlar. Nə olub? Baboşu (tiktoker, bir neçə gün əvvəl həbs edilən Babək Cabbarov - red.) ilahiləşdirdiniz, həbs olunanda hamınız paylaşdınız. Qazilər canlı açanda heç 200 nəfər olmur. Cinsi azlıq canlı yayım açanda 10 mini keçir. O həddə gəlib ki, normal oğlanlar da özünü TikTok-da elə formada aparır ki, hədiyyə göndərsinlər. Başlayır göbək rəqsi etməyə. Durub şərhlərdə "artistlik" edirsiniz, pisləyirsiniz. Amma onların canlısına girənlər də sizlərsiniz. TikTok cinsi azlıqlardan ibarətdir. Durub hələ elələri camaata dərs keçirlər. Onları çoxaldan insanlardır. Əksəriyyəti də kasıb uşaqlardır, pulsuzluqdan bunu edirlər.
Mənim dostum ola bilər. İnsanların orientasiyaları arasında seçim etmirəm. Amma bu qədər olmaz. Bitirin də bu söhbətləri, Baboşu tutublar. Hamı canlı açır, onun fotosunu qoyur. Özünüzə gəlin.
TikTok bağlansın deyirlər. Niyə? Çoxları oturub pulunu qazanır. Bəzi "ayasürüşkənlər" də yığışıb, oturur canlıda pul qazanır. Amma cinsi azlıqları qaldırıb dağ başına qoymayın. Dediyim sözlərin arxasında dururam. TikTok əyləncə platformasıdır, söyüş, cinsi azlıq yeri deyil. Bura indi yaşlıdan tutmuş, uşağa qədər hamı girir. Azərbaycanlıyam, istəmirəm ölkəm bu cür olsun.
Telekanallarda elə kişi aparıcılar var ki, onlar da cinsi azlıqdır. Biz bunu bilirik. Kişi görünüşündədirlər, amma əslində elədir. Amma bəzi cinsi azlıqları efirə buraxmırlar, senzura var. Gizliləri demirəm".//axsam.az
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ