Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan siqaret, alkoqol və narkotiklərlə mübarizə mövzusunda gənclərə səslənərək vacib mesajlar verib.
Musavat.com "Sputnik Türkiye"yə istinadən xəbər verir ki, Esenyurtda açılışı keçirilən Rəcəb Tayyib Ərdoğan Təhsil Kompleksində çıxış edən dövlət başçısı zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyətini vurğulayıb.
"Uşaqlarımızı asılılıq yaradan vərdişlərdən, xüsusən tütün, siqaret, alkoqol və narkotikdən qorumaq əzmindəyik. Bir prezident kimi yox, ata kimi yox, bir ağsaqqal kimi sizdən xahiş edirəm, az qala yalvarıram... Zərərli vərdişlərə yol verməyin" - Türkiyə lideri deyib.
Ərdoğan, həmçinin sosial media və ekran asılılığı ilə bağlı xəbərdarlıqlar edib:
“Dijital xaosun içindəyik. Sosial media gənclərimizin şüurunu ələ keçirməyə çalışır. Biz bu platformalarda yeni qaydalar tətbiq edərək gənclərimizi qoruyacağıq.”
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ