İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəli Yıldırımdan Şimali Kipr Türk Cümhuriyyətilə bağlı paylaşım

Ötən ay Zəngilan Beynəlxalq Hava Limanının açılış törənindən geri qayıdarkən avtomobil qəzasına düşmüş Türkiyə Cümhuriyyətinin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım sosial şəbəkədəki şəxsi hesabında paylaşım edib.

Musavat.com xəbər verir ki, “Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 39-cu ili mübarək olsun. Qurucu Cümhurbaşqanı Rauf Denktaşı və KKTC-nin müstəqilliyi üçün can verən şəhidlərimizi rəhmətlə anıram” - B.Yıldırım qeyd edib.

Sabiq baş nazir Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin davamlı olacağını da əminliklə vurğulayıb: “Türk dünyasının ayrılmaz ir parçası oaln KKTC-ni hər zaman və hər sahədə dəstəkləməyə davam edəcəyik”.

Qeyd edək ki, noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən IX Zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) təşkilata müşahidəçi üzv qəbul edilib. TDT sammitində alınan bu əlamətdar qərar Şimali Kiprdə ruh yüksəkliyi ilə qarşılanıb.

Xatırladaq ki, Kipr yunanlarının Yunanıstanın hərbi dəstəyi ilə adanın şimalında yaşayan türklərə qarşı deportasiya və enosis (Kiprin Yunanıstana birləşdirilməsi) siyasətinə cavab olaraq, 20 iyul 1974-cü ildə adaya Türkiyə hərbi kontingenti yeridilib. O vaxtdan Şimali Kipr de-fakto müstəqil dövlətdir. 1983-cü ilin 15 noyabrında Şimali Kipr Türk Cümhuriyyəti elan edilib. KKTC-nin müstəqilliyi indiyədək yalnız Türkiyə tərəfindən tanınıb.

Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 39-cu ildönümü qutlu olsun!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR