Onlayn ictimai-siyasi qəzet
Bakının Xəzər rayonunun Binə qəsəbəsində bir ailənin 6 üzvü qidadan zəhərlənib.
TƏBİB-dən bildirilib ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub.
Qeyd olunub ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya edilib: "Onlardan 3 nəfər böyük (2-si qadın, 1-i kişi olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir".//Report
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ