İnsanlara hürriyət, millətlərə istiqlal!

Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

Bakının Xəzər rayonununda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Binə qəsəbəsi, Mehriban qonşular deyilən ərazidə 2017-ci il təvəllüdlü Ələkbərli İbrahim Ruhin oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb.

Azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR