Onlayn ictimai-siyasi qəzet
“Microsoft”un qurucusu Bill Qeyts şirkətdə süni intellekt sahəsində gizli işləməyə davam edir.
Bu barədə “Business Insider” korporasiyanın keçmiş və indiki rəhbərlərinə istinadla yazır .
Aydın olub ki, Qeyts şirkətə süni intellekt strategiyası ilə bağlı məsləhətlər verir. O, həmçinin məhsulun nəzərdən keçirilməsini aparır, yüksək səviyyəli rəhbər axtarışlarında iştirak edir və "ChatGPT" tərtibatçısı "OpenAI" CEO-su Sam Altman ilə əlaqə saxlayır .
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ