İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsədin hara getdiyi AÇIQLANDI

Ölkəni tərk edən Suriya prezidenti Bəşər Əsəd Afrikaya yollana bilər.

Musavat.com xəbər verir ki, bu barədə TASS Suriya müxalifəti NKORS siyasi komitəsindəki mənbəyə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Əsəd ölkəni tərk etməzdən əvvəl bir neçə dövlətdən ona sığınacaq verilməsini xahiş edib. Lakin ona imtina cavabı verilib. Suriya prezidentinin hansı ölkələrə müraciət etdiyi açıqlanmır. Eyni zamanda Əsədin hazırda harada olması barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Afrikada Rusiya hakimiyyətinin proksi hərbi qüvvələrinin nəzarət etdiyi bir sıra ərazilər var. Ehtimal olunur ki, Bəşər Əsəd həmin ərazilərdən birinə gedə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR