Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Bəyimxanım Vəliyeva həyat yoldaşı ilə bağlı diqqet çəkən paylaşım edib.
Musavat.com bizim.media-ya istinadən bildriir ki, sənətçi həyat yoldaşı ilə birlikdə çəkilən fotolarını izləyiciləri ilə bölüşərək, onu doğum günü münasibəti ilə təbrik edib.
"Bu gün mənim üçün özəl günlərdən biridir. Çünki ömrümə ömür qatan, məni yenidən yaşamıma, həyatda dik durmağa qaytaran, hər anımda, hər addımımda mənə dəstək olan, uğuruma sevinib, kədərimə kədərlənən və qısacası mənim ömür-gün yoldaşımın doğum günüdür.
Rəbbim onu mənim qarşıma ömrümün elə bir dönəmində çıxardı ki... Ömür boyu Allahıma duaçıyam.
Hər kəs evlənə bilir, hər kəs təmtəraqlı toy edə bilir, hər kəs ata ola bilir, hər kəs ər ola bilir, lakin indiki dövrümüzdə çox acıyaraq deyəcəm ki, hər kəs, hər kişi həyat yoldaşı, ömür-gün yoldaşı olmağı bacara bilmir. Sən isə bunu çox gözəl bacardın, həyatımın yoldaşı. Nə yaxşı ki, doğulmusan.
Nə yaxşı ki, varımızsan. Səni çox sevirik, canımız Atamız. Allah səni bizim başımızdan heç zaman əksik etməsin, İnşəallah. Yeni yaşın sənə yeni-yeni uğur, sevinc, ruzi-bərəkət, xoşbəxtlik gətirsin", - deyə Bəyimxanım vurğulayıb.
Qeyd edək ki, cütlüyün beş övladı var.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ