İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlində futbol matçı zamanı 155 polis yaralandı - VİDEO

Almaniyada futbol matçı zamanı 100-dən çox polis əməkdaşı xəsarət alıb.

Ötən gün "Dinamo Berlin" Şimal-Şərqi Regional Liqasının (Almaniya dördüncü divizionu) matçında "Energie"ni qəbul edib. 

Tribunada iğtişaşlar "Dinamo"nun azarkeşlərinin matça gələn azarkeşlərə pirotexniki vasitələrlə atəş açması və "Enerqa" şərflərini yandırmasından sonra başlayıb. Nəticədə oyun təxminən 15 dəqiqə dayanmalı olub.

Polis əməkdaşları stadionda vəziyyətin gərginləşməsinin qarşısını alsa da, matçdan sonra azarkeşlər arasında yenidən qarşıdurma olub. Bu dəfə digər klubun fanatları Berlin təmsilçisinə aid elementləri yandırıblar. 

İğtişaşlar stadionun kənarında davam edib, bəzi azarkeşlər polisə butulka və daş parçaları atıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və şırnaqlardan istifadə ediblər.

Təxminən 74 nəfər saxlanılıb və sonra sərbəst buraxılıb.

Berlin polisi həmçinin bildirib ki, toqquşmalar zamanı 155 zabit yaralanıb. Onlardan 116-sı gözyaşardıcı qazdan, 28-i hücumdan və 11-i fanatların atdığı pirotexniki vasitələrdən xəsarət alıblar. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR