Onlayn ictimai-siyasi qəzet
Almaniyanın bütün sərhədlərində müvəqqəti nəzarətin tətbiqi və miqrantların birbaşa ölkəyə girişinin qadağan edilib-edilməməsi ilə bağlı müzakirələr hazırda Almaniya siyasətində və mətbuatında üstünlük təşkil edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iqtidar və müxalifət nümayəndələri hələ də miqrasiya qanunvericiliyində islahatlarla bağlı ortaq məxrəc tapa bilməyiblər.
Elə bir gün olmur ki, Almaniyada miqrasiya siyasəti ilə bağlı davam edən müzakirələrdə yeni fikirlər ortaya çıxmasın. Daxili işlər naziri Nensi Fezer elan edib ki, növbəti bildirişə qədər bütün Almaniya sərhədlərində sərhəd nəzarətinin tətbiq ediləcək və miqrantların sığınacaq müraciətlərinə rədd cavabı veriləcək.
Coğrafi baxımdan Almaniya praktiki olaraq Avropa İttifaqının mərkəzində yerləşir və Birləşmiş Avropaya daxil olmayan ölkələrlə xarici sərhədləri yoxdur. Sentyabrın 16-dan Fransa, Belçika, Lüksemburq, Hollandiya və Danimarka ilə sərhədlərdə altı aylıq nəzarət tətbiq ediləcək.
Avstriya, İsveçrə, Polşa və Çexiya ilə sərhəd nəzarəti artıq mövcuddur və nəzarət müddəti uzadılacaq. Federal polis bu ilin ilk altı ayında qeyri-qanuni miqrantların yarıdan çoxunun sərhədlərdə ölkəyə girişinə icazə verilmədiyini açıqlayıb.
Berlinin Aİ komissiyasına göndərdiyi məktubda qeyd olunur ki, nəzarətsiz miqrasiyanın qarşısını almaq üçün yeni tədbirlər görülür və Almaniyada qalmaq hüququ olmayanlar sərhəddə saxlanılaraq mənşə ölkələrinə göndəriləcək. Sənədi olmayan şəxslər üçün vəziyyət daha mürəkkəbdir, çünki onlar sığınacaq üçün müraciət etməlidirlər.
Aydındır ki, görülən tədbirlər ukraynalı qaçqınların, o cümlədən hərbi xidmətə yararlı olanların Almaniyaya daxil olmasının qarşısını alacaq. Artıq Almaniyadakı ukraynalı miqrantların dörddə biri belədir.
Daxili İşlər Nazirliyi rəhbərinin qərarı Bundestaqda, mətbuatda və ölkənin siyasi partiyalarında qızğın müzakirələrə səbəb olub. Media hesab edir ki, yeni antimiqrasiya tədbirləri ilk növbədə seçki kampaniyası ilə bağlıdır. Ancaq bu yaxınlarda kansler Olaf Şolts belə addımlara ehtiyac olduğunu təkzib edib və Almaniyada bunun üçün heç bir hüquqi əsasın olmadığını bildirib.
Məsələ burasındadır ki, həm “Almaniya üçün Alternativ”, həm də “Sarah Vaqenknext Alyansı” seçiciləri xüsusilə narahat edən miqrasiya məsələsindən seçki kampaniyasında fəal şəkildə istifadə edir və əlavə səslər toplayır. Kansler təbliğat məqsədilə hətta Xristian Demokrat İttifaqının (CDU) rəhbərliyi ilə miqrasiya mövzusunda görüş təşkil edib və hesab olunur ki, bu tədbirlər müxalifətin seçkidəki zərbəçi arqumentlərini neytrallaşdırmaq məqsədi daşıyır.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ