İnsanlara hürriyət, millətlərə istiqlal!

Belqradda ticarət mərkəzində güclü yanğın baş verib

Serbiyanın paytaxtı Belqradda ticarət mərkəzində güclü yanğın baş verib.

Musavat.com modern.az-a istinadən xəbər verir ki, alov qısa müddət ərzində ticarət mərkəzinin bir hissəsini əhatə edib. Yanğını söndürmək üçün mülki-müdafiə qüvvələrinin 76 əməkdaşı və 25 yanğınsöndürən maşın cəlb olunub. Həmçinin yanğının lokallaşdırılmasında üç helikopterdən istifadə edilib.

Yanğın nəticəsində hava qalxan tüstü şəhərin müxtəlif yerlərindən görünüb. Ölən və ya xəsarət alan yoxdur. Polis müvafiq araşdırmalara başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR