İnsanlara hürriyət, millətlərə istiqlal!

Bella Hadid israilli nazirə sərt təpki göstərdi - "İrqçisən!"

Fələstin əsilli amerikalı model Bella Hadid ilə İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Gvir arasında Fələstin polemikası yaşanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, keçən çərşənbə günü İsraildə Kanal 12-yə müsahibə verən Ben Gvir, özünün və ailəsinin İordan çayının qərb sahilində "sərbəst dolaşmaq" haqqının "ərəblər üçün hərəkət etmək hüququndan daha əhəmiyyətli" olduğunu söyləyib.

"Bu həqiqətdir. Mənim yaşamaq hüququm onların hərəkət etmək hüququndan öncə gəlir”, - deyə, o bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti israilli nazirin bu sözlərini"təxribatçı" olaraq xarakterizə edib.

Dünyada supermodellərdən sayılan, fələstinli Bella Hadid sosial media hesabında "Heç bir yerdə, heç vaxt, xüsusilə də 2023-cü ildə bir həyat digərindən daha dəyərli olmamalıdır. Xüsusən də etnik mənsubiyyətinə, mədəniyyətinə və ya saf nifrətinə görə...” sözlərini yazıb.

İsrailli nazir Hadidin tənqidinə istehza ilə cavab verib. “İsrailin düşməni Bella Hadid, sabahınız xeyir” - deyə Gvirin Tvitterdəki mesajı bu cümlə ilə başlayır.

“Üzr istəmirəm və şərhlərimi geri götürmürəm. 1000 dəfə təkrarlayacağam” –deyə nazir meydan oxumağa davam edib.

ABŞ-da doğulmuş fələstinli atanın qızı Bella Hadid Fələstin məsələsində İsraili şiddətlə tənqid edən tanınmışlardan sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR