Onlayn ictimai-siyasi qəzet
Gömrüyün həyətində çəkilən görüntülər müzakirə yaradıb.
Musavat.com milli.az-a istinadən bildirir ki, kadrlarda Bakıya xarici ölkələrdən yararsız vəziyyətdə gətirilmiş avtomobillər əks olunub.
Ölkəyə aşmış, yanmış, tamamilə yararsız vəziyyətdə olan maşınların gətirilməsi narazılıq doğurub.
İzləyicilər şərhlərdə "Belə maşınlar Bakıya niyə gətirilir?" , "Bir- iki ay sonra "bezkraska" adı ilə satacaqlar", "Alverçilər Bakının avtomobil bazarını zibilliyə döndəriblər" tipli şərhlər yazıblar.
Qeyd edək ki, Azərbaycana ili köhnə avtomobillərin gətirilməsi qadağan edilsə də, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ