Onlayn ictimai-siyasi qəzet
"Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Mübarizəli, dinamik matç oynadılar. Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma bir xal da pis nəticə deyil".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda "Turan Tovuz"la heç-heçə etdikləri oyundan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Qarşıdakı matçınız "Bodo-Qlimt"lə olacaq. Onlar da süni ot örtüyündə oynayır. "Turan Tovuz"la görüş bu mənada yaxşı oldu?
- Haradasa belə düşünmək olar. Meydança amili də, təbii ki, önəmlidir. Bizim üçün çox yaxşı oldu. Futbolçuların hazırlıq səviyyəsi də düzəlir.
- Yassin Benziyanın oynamamasının səbəbi nə idi?
- Əzələsində ağrılar hiss etdi. İki gün əvvəl baş verdi. Həkimlərin dediyinə görə, 2-3 gündən sonra düzəlməlidir.
- Leandro Andrade matçın ilk hissəsində zədələndiyinə görə meydandan çıxarıldı. Onun durumu nə yerdədir?
- Belində ağrı hiss etdi. Ona görə də meydandan çıxdı. Sərt mübarizə oldu. Məncə, elə böyük problem olmaz.
- Azərbaycan Premyer Liqasında hər oyun bu cür keçərsə, sizə faydalı olar?
- Tək özümüzü düşünmürük. Hər komanda üçün faydalı olar. Əfsuslar olsun ki, bəzi oyunlarda temp çox aşağı olur. Bəzi nüansları qeyd etmək mümkündür. Bu gün belə mübarizə gözlənilirdi. Temp demək olar ki, aşağı düşmədi. Bütün oyunlar bu saatda olsa, belə temp olar. Rəqibin bizə xoş olmayan oyun stili var. Çox tez hücuma keçirlər. Bunun üzərində çox işləməklə inkişaf etdirirlər. Bir-birini gözüyumulu başa düşürlər. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Amma futbolçularım bacardılar. Qapıçımız da çox diqqətli idi. Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım.
- Kurban Berdıyev kimi məşqçinin burada olması, sizinlə rəqabətinin futbolumuza təsiri necədir?
- Rəqabət aparmağım düzgün çıxmaz. O, təcrübə baxımından məndən qabaqdadır. Belə insanların Azərbaycanda olması, əlbəttə ki, faydalıdır. Onun burada olmasına ancaq pozitiv baxıram. (sportal.az)
24 Dekabr 2024
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ