İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusda “Yaşasın Belarus” şüarı da yasaqlandı

Belarus Daxili İşlər Nazirliyi “Yaşasın Belarus!” nidasını qadağan olunmuş nasist simvolları və atributları siyahısına daxil edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı qərar milli hüquq portalında dərc olunub.

Bu şüardan Belarus müxalifətinin nümayəndələri fəal şəkildə istifadə edirlər.

“Azadlıq” radiosunun Belarus xidmətinin məlumatına görə, “Yaşasın Belarus” şüarının nasizmlə bərabərləşdirilməsinin təşəbbüskarı hökumətyönlü tarixçi, Nümayəndələr Palatasının deputatı İqor Marzalyuk olub. O, Belarus salamının nasistlərin “Sieg Heil”in eynisi olduğunu iddia edir.

Lakin məlum olduğu üzrə, “Yaşasın Belarus” şüarının müəllifi Belarus ədəbiyyatının klassiki Yanka Kupala sayılır. Bu sözlər onun 1907-ci ildə yazdığı şerlərinin birində var. Birinci dünya müharibəsindən əvvəl belə şüar Belarus milli ziyalıları arasında populyarlıq qazanmışdı.

İkinci dünya müharibəsi illərində "Yaşasın Belarus" şüarı təkcə faşistlərlə əməkdaşlıq edən yerli kollaborasionalistlər tərəfindən deyil, həm də sovet partizanlarının dəstələri və yeraltı mətbuat tərəfindən istifadə edilib. Hətta sovet dövründə də onun dəyişdirilmiş formasından ("Yaşasın Sovet Belarusu”) geniş şəkildə istifadə olunub

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR