İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusda seçkini izləyən politoloqdan AÇIQLAMA

Belarusda müşahidələrimiz onu göstərdi ki, seçki açıq keçdi. Burada seçkilərin önəmli özəlliyi bundan ibarətdir ki, əsas seçki günündən öncə də seçkilər keçirilir, vətəndaşlar qeydiyyatda olan seçki məntəqəsində yaxınlaşıb, öz siyasi iradəsini fadə edirlər.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirib:

"Məntəqələrdə keçirdiyimiz söhbətlər nəticəsində məlum oldu ki, hardasa 30-40% arası artıq iştirakçılıq müəyyən olunub. Hesab edirəm ki, bu, yüksək göstəricidir və artıq insanlar həm o seçimini ediblər, həm də burada üzərinə düşən vəzifəni daha tez icra etmək həvəsi və digər tərəfdən insanların daha çox məşğulluğunun növbəli olduğunu da ehtimal edərək bu cür artım atıblar.

Digər tərəfdən biz Mərkəz Seçki Komissiyasının məlumat mərkəzində də olduq. Orada katib ayrı-ayrı regionlara onlayn vasitəsilə qoşularaq, məlumatları dinlədi, hesabatları dinlədi və ciddi qayda pozuntusunun olduğunu biz müşahidə etmədik. Bəzi məntəqələrdə seçki bülletenlərinin şəkillərini çəkmək cəhdəri olmuşdur və burada da cəld müdaxilələr nəticəsində bunun qarşısı alınmışdır. Nəticədə Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko növbəti dövr üçün prezident seçkilərində etimad qazandı və digər tərəfdən, seçkidən kənarda damüşahidələrimiz zamanı gördük ki, insanların daha çox seçimi onun üzərindədir. Çünki ölkədə həqiqətən də yaxşı nə varsa, gözə gəlimli nə varsa, uğur göstəriciləri hər şey Lukaşenkonun adı ilə bağlıdır. Lukaşenko özü də Azərbaycanın haqq mübarizəsi, haqq savaşı, torpaqların azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasında möhkəm prinsipiallıq və siyasi iradə nümayəş etdirib. Liderlər arasında da çox yaxşı münasibətlər var və bunun göstərisicidir ki, artıq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Belarus prezidentini bu seçkilərdə əminliklə qələbə qazanması münasibəti ilə təbrik etmişdir. Hesab edirəm ki, qarşıdakı dövrdə də bizim ikitərəfli münasibətlərimiz inkişaf edəcək və bir sıra mühüm üfüqlər formalaşacaq. O cümlədən, parlament əlaqələri, mədəni, humanitar əlaqələrilə yanaşı, ekspertlər müstəvisində daimi təmaslar, səfərlər, konfranslar təşkil olunacaq, biz də ekspert kimi bu münasibətlərin daha da möhkəmlənməsinə dəstək olmağa hazırıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR