Onlayn ictimai-siyasi qəzet
Qərb Belarusun sərhədyanı bölgələrini ələ keçirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
Onun sözlərinə görə, əldə olunan məlumatlar ekstremist qruplaşmaların Belarusun bir və ya bir neçə sərhədyanı bölgəsini ələ keçirmək üçün silahlı əməliyyat keçirmə planlarının olduğunu göstərir:
"Əldə olan məlumatlara əsasən, ekstremist qrupların Belarusun bir və ya bir neçə sərhədyanı rayonlarının ələ keçirilməsi, bu ərazinin “azad” elan edilməsi və orada Qərb dövlətləri tərəfindən müəyyən “sülhməramlı” kontingentin yeridilməsi imkanları nəzərdən keçirilir".
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ