İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus Ukraynada atəşkəs elan etməyə və danışıqlara başlamağa çağırıb

Belarus Ukraynada atəşkəsin və danışıqların başlanılmasının tərəfdarıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanda səfərdə olan Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.

“Minskinin mövqeyi birmənalıdır: insanların ölümünü dayandırmaq, dərhal atəşkəs elan etmək və danışıqlara başlamaq lazımdır – nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - o deyib.

XİN rəhbəri vurğulayıb ki, Belarus da Macarıstan kimi sülhün tərəfdarıdır.

“Atəşkəs hər iki tərəfdən qoşunları hərəkət etdirmək, yenidən toplamaq, silah-sursat, canlı qüvvə və texnikanı döyüş yerlərinə cəlb etmək hüququ olmadan elan edilməlidir”, - S.Aleynik qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR