Onlayn ictimai-siyasi qəzet
Ukraynada baş verənləri və Qərbin sabitliyi pozmaq planlarını izləmək lazım gəldiyi üçün Belarus çox çətin bir dövr yaşayır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz ən çətin dövrdə yaşayırıq. Mən cənubda müharibənin getdiyini demirəm. Qərbdəki bu dəlilər bizə qarşı nə hazırlayırlar? Biz bunu diqqətdə saxlamalıyıq”, - deyə BelTA xəbər agentliyi Lukaşenkodan sitat gətirir.
Həmçinin, o, sözlərinə davam edərək, deyib: “Bu vəziyyətdə ölkənin üzünü Qərbdən Şərqə çevirmək lazım olduğunu nəzərə almaq lazımdır. Şərqdə qəbul olunmağımızı təmin etməliyik. Şükürlər olsun ki, biz uğur qazanırıq, lakin bu, çox ağır işdir”, - deyə prezident bildirib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ