Onlayn ictimai-siyasi qəzet
Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifə Böyük Britaniya kralı III Çarlza 2023-cü ildə tacqoyma mərasimi münasibəti ilə “Rolls-Royce” avtomobili hədiyyə edib.
Musavat.com xəbər verir ki, məlumatı “The Daily Telegraph” qəzeti Bukingem sarayı tərəfindən yayılan və monarxa hədiyyələrin rəsmi dərc olunmuş siyahısına istinadən yayıb.
Qeyd olunur ki, bu, benzin və bioyanacaq mühərriki olan Rolls-Royce Cullinan Series II modelidir. Baza qiyməti təqribən 300 min funt sterlinqdən (403 min dollar) başlayan təqdim edilən avtomobilin qiyməti göstərilməyib. Nəşrin məlumatına görə, bu, əlahəzrətin parkına daxil olan xarici dövlətin təqdim etdiyi yeganə avtomobildir. Lakin III Çarlz özü şəxsən ondan istifadə etmir.
Almaniya prezidenti Frank-Valter Ştaynmayerin hədiyyəsi daha az təvazökardır - Bethovenin əsərləri ilə CD və DVD dəsti, "böcək oteli" və bir şüşə portveyn. “The Daily Telegraph” yazır ki, Vladimir Zelenski 2023-cü ildə Britaniya monarxına çərçivəli mozaika, Kiyevdəki Müqəddəs Sofiya Katedrali haqqında məlumat olan tumar və şəxsi imzası olan Ukrayna gəmisinin bayrağını hədiyyə edib.
Musavat.com
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ