İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ bankları Rusiya şirkətlərinin ödənişlərini bloklamağa başladı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankları avqust ayında Rusiya şirkətlərindən ölkəyə daxil olmayan Çin istehsallı elektron komponentlər və məişət elektronikası üçün ödənişləri bloklamağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Kommersant” bazar iştirakçılarına istinadən yayıb.

Onlardan birinin dediyinə görə, ümumilikdə notbuklar üçün ödənişlərin 10-20 faizə qədəri BƏƏ-dən keçir, digər kateqoriyalarda isə bu pay 30 faizə çata bilər. Bazar iştirakçıları bu ölkəni ən aşağı komissiyaya - 1-3 faizə görə seçiblər.

Nəşrin həmsöhbətləri bunu ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsi ilə əlaqələndirirlər: başqa ölkələrin, o cümlədən Çinin bankları da əvvəldən Rusiyadan ödənişlərlə bağlı oxşar siyasət yürüdürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR